Bakıda Pakistan - Azərbaycan Türkiyə sərgisi keçiriləcək

Bakıda Pakistan - Azərbaycan Türkiyə sərgisi keçiriləcək

Sərgi çərçivəsində B2B görüşlər keçiriləcək. 

Bakucity.az xəbər verir ki, aprelin 11 və 13-də Bakının Əl Oyunları Sarayında Pakistan - Azərbaycan – Türkiyə Sərgisi keçiriləcək. 

Məlumatı İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu yayıb.

Məlumata görə, Azərbaycan şirkətləri sərgidə iştiraka dəvət olunurlar. Tədbirdə geniş çeşidli məhsullar nümayiş ediləcək və potensial alıcıların təlabatını ödəmək məqsədilə onlarla qarşılıqlı ünsiyyət qurulacaq. Sərgi çərçivəsində B2B görüşlər keçiriləcək. 

Bakucity.az

B2B
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər