Bakıda məşhur restoran sahibinin meyiti tapıldı

Bakıda məşhur restoran sahibinin meyiti tapıldı, Javid

Polis məlumat yayıb

Bakucity.az xəbər verir ki, Bakıda məşhur ailə restoranı olan "Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

Məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

Məlumata görə, Elbrus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma davam etdirilir.

Mərhumun yaxınlarının virtualaz.org-a bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib. (Sputnik- Azərbaycan)

Bakucity.az

Binəqədi Rayon Polis İdarəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər