Bakıda gecə klubundan çıxan qadınlara təcavüz edilib

Bakıda gecə klubundan çıxan qadınlara təcavüz edilib, Javid

2 qadın polisə müraciət edib

Bakucity.az xəbər verir ki, zorlamada təqsirləndirilən Rəhim Rzayev, Vaqif Məmmədov və Nəsib Məmmədovun cinayət işi məhkəməyə göndərilib. 

Cinayət işi üzrə artıq ibtidai istintaq yekunlaşdırılıb və araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq. 

İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib.

Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını və dostları ilə birlikdə zorlamağa cəhd etdiklərini deyiblər. Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb.

O, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.

Bakucity.az

zorlama
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər