Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO

Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO

Tamaşa 4 akt üzərində qurulub.

Bakucity.az xəbər ki, fevralın 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində "Jam group" komandasının təşkilatçılığı ilə "Best Musical Show" adlı tamaşa nümayiş olunub.

Tamaşada dünyada tanınmış “Burlesque”, “Moulin Rouge”, “Chicago”, “The Great Gatsby” kimi muzikllardan ibarət səhnəciklər göstərilib.

1-ci səhnəcikdə  «The Great Gatsby» təqdim olunub. Zaur Məmmədov, Anastasiya Budakva öz vokalları, rəqqaslar isə xoreoqrafiya məharətləri ilə  tamaşaçıların marağını cəlb edib. Francis Scott Fitzgerald romanı əsasında çəkilmiş filmdən ən yaxşı səhnəciklər göstərilib.

İlk hissənin təəssüratlarından kənara çıxmayan tamaşaçı, məşhur “Burlesque” muzikl ilə “Los Angles” stilistikasına keçirilib. Ləman Abbaszadə parlaq vokalı, kostyumları və rəqsləri ilə tamaşaçıları heyran edib.

Ən çox yadda qalan isə 3-cü səhnə olub. "Moulin Rouge" un ən yaxşı səhnəcikləri tamaşaçılara sevinc və kədəri eyni anda yaşamağa məcbur edib.

Quruluşçu ”Moulin Rouge” müziklına əlavə olaraq, teatrda öz əksini tapmış əsərləri istifadə edərək, hekayəni bir-birinə bağlayıb.

"Lady Marmalade", "Diamonds" müziklı müğənni Natavan Quliyeva tərəfindən ifa edilib. Müziklda ilk dəfə iştirak edən, Eliyar Əliyev və Nadir Rüstəmlinin ifasında "Notre-Dame de Paris", "Roxanne", "Show Must Go On" səhnəcikləri izləyiciləri duyğulandırıb.

Tamaşa müsbət enerji dolu “Chicago” müzikl ilə davam edib. 

Layihənin müəllifi Əziz Əzizov yekunda auditoriyaya növbəti layihələr barədə məlumat verib.

Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-1 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-2 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-3 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-4 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-5 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-6 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-7 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-8 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-9 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-10 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-11 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-12 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-13 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-14 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-15 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-16 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-17 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-18 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-19 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-20 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-21 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-22 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-23 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-24 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-25 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-26 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-27 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-28 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-29 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-30 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-31 Bakıda "Best Musical Show" nümayiş olunub - FOTO, fotoşəkil-32

Bakucity.az

Best Musical Show
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər