Stansiya bu günlərdə xidmətə veriləcək
Bakucity.az xəbər verir ki, “Bakmil” stansiyası əsaslı təmirdən sonra istismara veriləcək
Bu günlərdə metronun “Bakmil” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlə sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq.
Eyni zamanda, 2019-cu ildə “Xətai” stansiyasının istismar müddətini başa vurmuş 3 eskalatoru Almaniya istehsalı 4 yeni eskalatorla əvəzlənəcək, stansiyanın bütün infrastrukturu tamamilə yenilənəcək. ( ONA)
Bakucity.az