Bakının kanalizasiya problemini həll edəcək nəhəng layihə – ARAŞDIRMA

Genişmiqyaslı layihə reallaşdırılır

Bakının kanalizasiya sistemində ciddi problemlərin olduğu bütün şəhər sakinlərinə məlumdur. Xüsusilə yağışlı havalarda paytaxtın bəzi küçələri su altında qalır.  Yeni salınan yollar kanalizasiya problemlərinə görə tez-tez yararsız vəziyyətə düşürlər. Hövsan, Sulutəpə və Maştağa kimi iri yaşayış məkanlarında isə kanalizasiya sistemi ümumiyyətlə yoxdur. Bakucity.az paytaxtda yeni kanalizasiya sistemlərinin qurulması və içməli su sahəsində mövcud olan problemləri  araşdırıb. Materialımızı təqdim edirik.

Kanalizasiya sisteminin qurulması üçün genişmiqyaslı layihə hazırlanıb

Mövzu ilə bağlı Bakucity.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov bildirib ki, Bakıda və ətraf ərazilərdə kanalizasiya sisteminin qurulmasını nəzərdə tutan genişmiqyaslı layihə hazırlanıb. Bu layihə bir çox problemləri aradan qaldıracaq:

“Bildiyimiz kimi, xüsusilə paytaxt kəndlərinin 35-40%-ində kanalizasiya sistemi yoxdur. Əgər bu məsələ vaxtında həll olunarsa, bir çox çətinliklər aradan qalxacaq. Layihə planı təxminən 10 il əvvəl hazırlanıb, ancaq tam tətbiq olunma tarixi bilinmirdi. "Azərsu" ASC artıq müvafiq master plan hazırlayıb və "Azəravtoyol" tikinti və yenidənqurma işlərinə başlayıb. Yollarda kanalizasiya sistemlərinin qurulmasına başlanılıb, amma maliyyə çatışmazlığı səbəbindən iş hələ yekunlaşmayıb”.

M. Qəmbərov həmçinin Zabrat, Məhəmmədi, Kürdəxanı ərazilərinin kanalizasiya sularının Zabrat gölünə, Masazır, Novxanı və Binəqədi kəndlərinin Duzlu gölə axıdıldığını, Hövsan və digər yaşayış məntəqələrində isə heç bir sistemin olmadığına görə kanalizasiya sularının birbaşa dənizə axıdıldığını xatırladıb. 

“Kanalizasiya təmizləyici qurğunun tikinti işləri Pirşağıda artıq tamamlanıb. Bundan əlavə, oxşar struktur tikintilərinin Azərbaycanın 10-dan çox şəhərində həyata keçirilməsi planlaşdırılır. Bayıl-Bibiheybət-Lökbatan kollektorunda çirkli suların daşınması üçün tikinti layihəsi hazırlanıb, amma Bayılda, 20-ci Sahədə və Şıxovda iş hələ başlamayıb. Bütün bu planlar tətbiq olunduqdan və istifadəyə verildikdən sonra onların üstünlükləri və ya mənfi cəhətləri barədə danışmaq mümkün olacaq”.

Ekologiya Nazirliyinin əməkdaşı hesab edir ki, hazırda paytaxtın və ətrafındakı 12 rayonun kanalizasiya suyunun 45%-i  Xəzər dənizinə axır.

Bakının bir çox küçə və prospektlərində yağış xətləri qurulmayıb

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə saytımıza açıqlamasında hal-hazırda Bakının bir çox küçə və prospektlərində kanalizasiya sistemlərinin olmadığını və buna görə müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyət daşıdığını bildirib:

“Bakı şəhərinin bir çox küçə və prospektlərində yağış xətləri qurulmayıb, bu məsələyə aidiyyatlı qurumlar cavabdehdir. Kanalizasiya məsələlərinə gəlincə, bu gün Bakı şəhərinin mərkəzi küçə və prospektlərində, yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binalarının ərazilərində kanalizasiya sistemi ilə bağlı ciddi bir problem yoxdur. Amma Bakıətrafı kənd və qəsəbələrin bir çox hissəsində bu problem yaşanır. Bununla bağlı da Azərsu Səhmdar Cəmiyyətinin 2012/1013-ü illərdə hazırlanan planı var və orda göstrərilib ki, ASC tərəfindən 2000 kvadrat metrdən artıq kanalizasiya kollektrlarının, şəbəkənin yaradılması nəzərdə tutulub, bu istiqamətdə işlər görülür”.

A.Cəbrayıllı qeyd edib ki, hazırda 1000 kvadrat km-dən çox kanalizasiya sisteminin yaradılması prosesi həyata keçirilir. Bunlar da dövlət büdcəsindən maliyyələşən layihələr olduğundan mərhələli şəkildə aparılırlarş. Vəsait ayrıldıqca ASC bu işləri reallaşdırır”. 

"Təəssüflər olsun ki, - həmsöhbətimiz davam edir;  Hövsan, Maştağa, Sulutəpə, Binəqədi, Masazır, Sabunçu, Zabrat və digər ərazilərdə nəzərdə tutduğumuz kanalizasiya xəttləri hələlik yoxdur. Ancaq bu problemləri də aradan qaldırmaq üçün plan hazırlanıb”.

Paytaxtda içməli su təchizatındakı problemlər nədən qaynaqlanır?

Paytaxtda su təchizatı ilə bağlı da bir çox problemlər var. Şəhər sakinləri xüsusilə yay aylarında suyun günlərlə kəsildiyi ilə bağlı tez-tez şikayət edirlər. Problem haqqında danışan sözçünün dediklərinə görə, bu vəziyyət xəttlərdə baş verən qəzalarla bağlı olur:

“Rəsulzadə kimi ərazilərdə su tez-tez kəsilə bilər. Amma bu, hansısa qəza və ya yenidənqurma işləri ilə bağlı olur. İlin bütün fəsillərində o ərazilərdə başqa heç bir problemlə üzləşmirik. Ümumiyyətlə,  6-7-8-ci və digər mikrarayonlar 24 saat fasiləsiz su ilə təmin olunurlar. 

Binəqədidə, həmçinin Həsən Əliyev, Babək, Nefçilər və digər prospektlərdə bir neçə il bundan əvvəl ciddi problemlər yaşanırdı, amma aparılan təmir-bərpa işlərindən sonra elə də artıq belə problemlər yaranmır”, - deyə rəsmi fikrini tamamlayıb.

Züleyxa İsmayılova

Bakucity.az

Bakının kanalizasiya problemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Ən məşhur saat brendləri neçəyədir? 8 Mart – Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Xüsusi günlərə olduqca əhəmiyyət verən qadınları bu özəl bayramda gözəl bir hədiyyə ilə xoşbəxt etmək, belə demək mümkünsə, kişilərin borcudur. Dəyərli kişilər, bir az sevgi, hörmət, şəfqət və əlbəttə, romantika əlavə etməklə, sevimli xanımların (sevgiliniz, həyat yoldaşınız, ananız, qızınız, bacınız, bibiniz, xalanız və s.) zamanını onlara hədiyyə etmək istəyirsin...
Cəmiyyət
Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz uzərinə götürüb Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, D.Bəhmənovanın anası Elmira Zeynalova bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidenti...
Cəmiyyət
Bu, qonşu ölkədə koronavirusa ilk yoluxma halıdır Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusla gəlib. BakuCity.az-ın məlumatına götə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib. Mikroavtobu...
Cəmiyyət
Nazir aydınlıq gətirdi Mədəniyyət Nazirliyinə Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Ə.Qarayev bildirib ki, əgər müvafiq qərar verilsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələ nəzərdən keçiriləcək: “Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq...
Siyasət
Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil olunub Fevralın 26-da Moldovanın paytaxtı Kişinyovda Azərbaycan səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilib. BakuCity.az-ın məlumatına görə, ilk dəfə olaraq Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə Moldova hakimiyyət nümayəndələri, ictimai xadimlər, bu ölkədə akkreditə olan diplomatik...
Cəmiyyət
Virusun inkubasiya dövrü 14 günə qədərdir Fevralın 25-də İran Islam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqqında məlumatın əsasında Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar. Bu qurumların mətbuat xidmətlərindən BakuCity.az-a verilən birgə məlumata əsasən, araşdırma zamanı həmin...
Cəmiyyət
Xəzəri ən çox çirkləndirən axarlar Sahil və Xocasən qəsəbələrində formalaşır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova BakuCity.az-a bildirib ki, monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən ç...
Cəmiyyət
Tətillərin müddəti də müəyyən edilib Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiq edib. BakuCity.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir. Qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədr...
Cəmiyyət
Badamdar şosesi istiqamətində yaranan tıxac da aradan qalxacaq Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqaladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytax...