Bakıda mənzillər ucuzlaşıb

Bakıda mənzillər ucuzlaşıb

Mənzil bazarında qiymətlər ay ərzində 0.1 faiz azalıb.

Bakucity.az xəbər verir ki, bu ilin yanvar ayında Bakıda mənzillərin qiyməti ucuzlaşıb.

Bununla bağlı "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib:

"Bakıda təkrar mənzil bazarında qiymətlər ay ərzində 0.1 faiz azalıb, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.41 faiz artıb. İlkin mənzil bazarında 1.27 faiz ucuzlaşma, il ərzində isə 9.3 faiz artım müşahidə edilib".

N.İbrahimov bildirib ki, yeni ilin ilk ayında məzillərin qiymətinin ucuzlaşması bazarda aktivliyin aşağı düşməsi ilə bağlıdır. Onun sözlərinə görə, ilin ilk ayında ənənəvi olaraq bazarda aktivlik düşür, lakin sonrakı aylarda yenidən canlanma başlayır.

Bakucity.az

MƏNZİL BAZARI
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər