Bakıda bir gündə iki nəfər özünü bıçaqladı

Bakıda bir gündə iki nəfər özünü bıçaqladı

Hər iki hadisənin hansı səbəbdən baş verməsi məlum deyil

Bakucity.az xəbər verir ki, gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində özünəqəsd hadisəsi baş verib. 

1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Asəf oğlu özünə bıçaqla çoxsaylı xəsarət yetirib.

Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona birinci və ikinci qabırğanın, qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.   

Analoji hadisə Bakının Pirşağı kəndində Həsən Əliyev küçəsində baş verib. 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyata alınıb. Vəziyyəti orta-ağırdır. 

Hər iki hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır. 

Bakucity.az

özünəqəsd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər