Bakıda “Qarabağ şikəstəsi” miniatür kitabı təqdim edildi - FOTO

Bakıda “Qarabağ şikəstəsi” miniatür kitabı təqdim edildi - FOTO, Javid

Miniatür Kitab Muzeyində miniatür kitabın təqdimatı olub

Bakucity.az xəbər verir ki, azərbaycanlı şairə Leyla Bəyimin “Qarabağ şikəstəsi” miniatür kitabının təqdimatı olub

Fevralın 27-də İçərişəhərdə, Miniatür Kitab Muzeyində şairə və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) “Qarabağ şikəstəsi” adlı miniatür kitabının təqdimatı olub.

Qeyd edək ki, Leyla Bəyim Bakıda anadan olub, hazırda Praqada yaşayır. O, Azərbaycan Yazıçılar Birliyinin, Avropa Ədibləri Konqresinin və Çexiyanın Rusdilli Yazıçılar İttifaqının üzvüdür, 4 şeirlər toplusunun müəllifidir. Yefim Abramovla birlikdə bir neçə pyes yazıb. Onlardan biri - “Xəyalpərəst oğlanlar” Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Hazırda Bakıda “Qurban” pyesinə quruluş verilir. Onun ideya müəllifi L.Bəyimdir. Şairə Azərbaycan, Rusiya, Ukrayna, Çexiyada nəşr olunan ədəbi qəzet, jurnal və almanaxlarda dərc olunan çoxsaylı yazıların müəllifidir. L.Bəyimin şeir və pyesləri çex dilində də dərc edilir. (AzərTac)

Bakucity.az

“Qarabağ şikəstəsi” miniatür kitabı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər