Bakıda ölən icra başçısı ilə bağlı ekspertiza təyin edildi

Bakıda ölən icra başçısı ilə bağlı ekspertiza təyin edildi

Zəruri istintaq tədbirləri davam etdirilir 

Bakucity.az xəbər verir ki, Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.

Bakı Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.

Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb. (Qafqazinfo)

Bakucity.az

Rövşən İbrahimov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər