Bu taksi sürücüləri Bakı aeroportundan kənarlaşdırıldı

Bu taksi sürücüləri Bakı aeroportundan kənarlaşdırıldı, Javid

Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib.

Bakucity.az xəbər verir ki, bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətini yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC göstərir.

Müştərilərin sifarişinin qəbulu üçün hava limanında məlumat stendi quraşdırılıb, taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib.

“Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti”nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.

Yeni fəaliyyətə başlamış “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdıracaq. 

Bakucity.az

Bakı aeroportu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər