Bakıda “Öz biznesinin sahibi ol” layihəsinin konfransı keçirilib - FOTO

Layihənin icrası 2018-ci ilin iyulundan 2019-cu il fevralına qədər davam edib.

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətilə birgə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2018-ci il iyul, 2019-cu il fevral tarixləri ərzində icra etdiyi “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrinin təqdimat konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan layihə rəhbəri Məhluqə Rəhimova layihənin məqsədləri, görülən işlər, əlilliyi olan qadınlara verilən texniki dəstəkdən danışıb.

Məhluqə Rəhimova qeyd edib ki, layihənin məqsədi Azərbaycanın regionlarında əlilliyi olan qadınlar üçün özünəməşğulluq imkanlarını genişləndirməkdir:

“Layihənin icrası zamanı Azərbaycanın coğrafi ərazisinə də xüsusi diqqət yetirilib. Qusar, Biləsuvar və Qazax rayonlarında 120 dən çox əlilliyi olan qadınları və qızları əhatə edib. Layihə çərçivəsində biznes biliklərinə dair 30 saatlıq təlim kursları keçirilib, fərdi biznes planların tərtib edilməsi üçün məsləhətlər verilib. Təlimlərin və məsləhətlərin keçirilməsinə Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq Əmək Təşkilatının sertfikatını almış və həmin rayonlardan olan təlimçilər cəlb edilmişdir”.

Layihə rəhbəri qeyd edib ki, təlimdə iştirak etmiş xanımlar arasında mikrobiznes fəaliyyətini başlamaq və inkişaf etdirmək üçün texniki dəstək almaq üçün müsabiqə keçirilib. Nəticədə, təqdim olunmuş müraciətlər arasında 26 layihə iştirakçısı qalib seçilib və onlara seçdiyi biznes növünə və müraciətlərinə əsasən müxtəlif avadanlıqlar, materiallar və sairə inventar təqdim olunub.

M.Rəhimova bildirib ki, Layihə iştirakçısı olan bu xanımlar müxtəlif sahələrdə mikrobiznes işini başlamış, o cümlədən şirniyyat bişirmə, dərzilik, gözəllik salonu, quşçuluq, arıçılıq, və sairə sahələrdə ƏQC.İB tərəfindən texniki dəstək verilmişdir.

Konfransda Finlandiyanın Azərbaycan Respublikasınada Fəxri Konsulu Faiq Cəbiyev Finlandiyanın Xarici İşlər Nazirinin II katibi Tarja Parkinin Layihənin uğurları ilə əlaqədar konfrans iştirkaçılarına təbrikini səsləndirib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov konfrnsın işinə uğurlar arzulayaraq, əlilliyi olan insanlara dövlətin qayğısını, bu sahədə aparılan yeniliklər, əlilliyi olan insanların məşğulluğunun dəstəklənməsi sahəsində geniş əhatəli çıxış edib.

Digər çıxışçılar Ombudsman Aparatı, İnsan hüquqları, mülki və siyasi hüquqların müdafiəsi sektor müdiri Rəşad Novruzov “Əlilliyi olan insanlara yanaşma”, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Hüquq və İnsan Haqları İnsititutu, Elmi işlər üzrə direktor müavini Lalə Məmmədova “Əlilliyi olan insanların məşğulluq problemləri”, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli “Əlilliyi olan insanların məşğulluğunun dəstəklənməsinə yeni yanaşmalar", layihə iştirakçılarından Qusar rayonu üzrə Sara Əliyarova, Qusar rayonu üzrə BƏT-nın təlimçi-məsləhətçi Kamran Əliyev, ƏQC.İ.B-nin Beləsuvar şöbə sədri Firəngiz Həbibova çıxışlarında layihənin uğurlarından bəhs ediblər.

Sonda layihənin rəhbəri Məhuqə Rəhimova ƏQC.İB-nin regionlarda özünəməşğulluq və kiçik sahibkarlıq işinin əlil xanımlar arasında təbliği və maarifçilik fəaliyyətini prioritet sahə kimi qəbul edərək bu xidməti genişləndirməyi planlaşdıracağını vurğulayıb. O, əhalinin həssas qrupuna aid olunan bu xanımların öz şəxsi biznesi ilə məşğul olmalarını həm özlərinin iqtisadi və psixoloji durumuna müsbət təsir edəcəyini və eyni zamanda yaşadıqları yerli icmalarda sosial-iqtisadi rifahın yüksəlməsinə xidmət edəcəyini bildirib. O, Əlil Qadınlar Cəmiyyəti İB-in Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlığından məmnunluğunu ifadə edib.

Təqdimat tədbirində dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının, beynəlxalq təşkilat və səfirliklərin, biznes şirkətlərinin, kütləvi informasiya nümayəndələri iştirak ediblər.

Bakucity.az

Öz biznesinin sahibi ol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz uzərinə götürüb Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, D.Bəhmənovanın anası Elmira Zeynalova bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidenti...
Cəmiyyət
Bu, qonşu ölkədə koronavirusa ilk yoluxma halıdır Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusla gəlib. BakuCity.az-ın məlumatına götə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib. Mikroavtobu...
Cəmiyyət
Nazir aydınlıq gətirdi Mədəniyyət Nazirliyinə Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Ə.Qarayev bildirib ki, əgər müvafiq qərar verilsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələ nəzərdən keçiriləcək: “Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq...
Siyasət
Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil olunub Fevralın 26-da Moldovanın paytaxtı Kişinyovda Azərbaycan səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilib. BakuCity.az-ın məlumatına görə, ilk dəfə olaraq Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə Moldova hakimiyyət nümayəndələri, ictimai xadimlər, bu ölkədə akkreditə olan diplomatik...
Cəmiyyət
Virusun inkubasiya dövrü 14 günə qədərdir Fevralın 25-də İran Islam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqqında məlumatın əsasında Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar. Bu qurumların mətbuat xidmətlərindən BakuCity.az-a verilən birgə məlumata əsasən, araşdırma zamanı həmin...
Cəmiyyət
Xəzəri ən çox çirkləndirən axarlar Sahil və Xocasən qəsəbələrində formalaşır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova BakuCity.az-a bildirib ki, monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən ç...
Cəmiyyət
Tətillərin müddəti də müəyyən edilib Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiq edib. BakuCity.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir. Qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədr...
Cəmiyyət
Badamdar şosesi istiqamətində yaranan tıxac da aradan qalxacaq Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqaladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytax...
Cəmiyyət
Gürcüstandakı səfirliyimiz də məsələyə münasibət bildirib "Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil". BakuCity.az-ın məlumatına görə, bu barədə Gürcüstan Baş Nazirinin Administrasiyasından APA-nın yerli bürosuna açıqlama verilib. Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: "Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla g...