Zəncirvari qəzaya səbəb olan müğənni dərhal hadisə yerini tərk edib
Bakucity.az xəbər verir ki, Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib.
Hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.
Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib.
Zəncirvari qəzaya səbəb olan N.Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub. (Qafqazinfo)
Bakucity.az