Bakıda Cəfər Cabbarlının ev muzeyi sökülür, yerində bina tikiləcək - FOTO

Ev muzeyinin yerində, sürüşmə zonasında hündürmərtəbəli binanın tikilməsi gözlənilir.

Bir müddət əvvəl saytımızda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının ev muzeyinin baxımsız vəziyyətdə olmasına dair material yayımlanmışdı. Biz həmin vaxt rəsmi orqanlardan ev muzeyinin acınacaqlı vəziyyəti ilə bağlı açıqlama almağa çalışsaq da, müvafiq qurumlar suallarımıza konkret cavab verməkdən çəkinmişdilər. Sadəcə olaraq bildirmişdilər ki, ev muzeyi ilə bağlı yaxınlarda yekun qərar veriləcək və müvafiq tədbirlər görüləcək. Bugünlərdə isə artıq məlum olub ki, görkəmli ədibin ev muzeyi söküləcək və yerində hündürmərtəbəli bina tikiləcək. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olan və Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44 ünvanında yerləşən muzeyin üzərindəki lövhə çıxarılıb və tikilinin ətrafında hal-hazırda hasarlanma işləri aparılır. Nə qədər qəribə olsa da, söküntü işləri Cəfər Cabbarlının 120 illiyinin təntənəli surətdə qeyd olunacağı dövrə, yəni 2019-cu ilə təsadüf edir. Bakucity.az bu ziddiyətin səbəblərini araşdırıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov bir müddət əvvəl muzeyin sökülüb yerində yüksəkmərtəbəli binanın tikiləcəyi ilə bağlı açıqlama verib. Rəsminin açıqlamasında bildirilir ki, 1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib. 2012-ci ildə isə C.Cabbarlının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması nəzərə alınmaqla, ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə veriləcəyi ilə bağlı xəbər daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib. 

Cəlil Məlikovun açıqlamasında bildirilir: “Baş İdarə, öz növbəsində, ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayaraq, C.Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq verilməsi məcburiyyəti qarşısında qalıb”.

Açıqlamada həmçinin qeyd olunur ki, ev muzeyi üçün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq.

Bütün bunlardan sonra bir məsələ həqiqətən maraq doğurur. Ədəbi mirası Azərbaycanın milli mədəniyyətinə daxil olan və xalq arasında böyük nüfuzu olan Cəfər Cabbarlının ev muzeyi ilə bağlı qərarı niyə tək-tük adamlar verib və niyə bu məsələ geniş ictimaiyyətin müzakirəsinə təqdim edilməyib? 

Ev muzeyinin yerində hündürmərtəbəli binanın tikilməsi aydındır ki, kommersiya məqsədləri güdür. Rəsmi açıqlamasında ev muzeyi binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılacaq deyərkən nəyi nəzərdə tutur? Bundan sonra onu dərəcədə ev muzeyi adlandırmaq olar? Bu, ədibin irsinə və onun Azərbaycan xalqı qarşısındakı xidmətlərinə nə dərəcədə uyğun cavabdır? 

Cəfər Cabbarlının ev muzeyinin sökülməsi və yerində hündürmərtəbəli binanın tikilməsi işləri Cəfər Cabbarlının 120 illiyinin qeyd olunacağı dövrə təsadüf edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin dekabrında Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir: “ 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir”.

 “Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi” sözlərindən və ən yüksək səviyyədə verilmiş qərardan sonra müvafiq qurumların və şəxslərin ev muzeyinin sökülərək, yerində hündürmərtəbəli binanın tikilməsi işlərinə razılıq verməsi nə dərəcədə məntiqə uyğundur? 

Bütün bunlardan başqa, Cəfər Cabbarlının ev muzeyinin olduğu bölgə Bakının sürüşmə zonasına daxildir və burada sakinlərin istirahəti üçün kiçik park yerləşir. Ona görə də, bu ərazidə daha bir hündürmərtəbəli binanın tikilməsi təkcə Cəfər Cabbarlının ev muzeyinin sökülməsi məsələsindən ibarət deyil, həmçinin sakinlərin təhlükəsizliyinə və istirahətinə qarşı da aşkar təhdiddir. Yaxşı olardı ki, bu məsələ geniş ictimaiyyətin müzakirəsinə təqdim edilərdi və yerli sakinlərin də fikri öyrənilərdi. 

Bakucity.az məsələni diqqətdə saxlayacaq və məsələ ilə bağlı oxucularını məlumatlandırmaqda davam edəcək.

Bakucity.az

Cəfər Cabbarlının ev muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...
Cəmiyyət
Körpənin meyiti ekspertizaya təhvil verilib Sumqayıtda zibil qabından meyit tapılıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
"Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb" Zərdab rayonunda Çallı kəndinin bir qrup sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib: "Siz deyirsiniz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanla...
Cəmiyyət
Qutu iki yerdən möhürlənəcək "Azəriqaz" İstehsalat Birliyi yeni şəffaf sayğac qutuları təqdim edir. BakuCity.az-ın məlumatına görə, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə, xüsusən də zərbələrə davamlıdır. Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Abonentlə Birlik arasındakı yersiz mübahisələrə, ittihamlara əsas qalmayacaq. Qutu ayrılıqda iki yerdən möhürlənəcək. Dövlət yoxlanışı zamanı sa...