Bakıda itkin düşən fotoqrafın meyiti tapıldı: İntihar edib

Bakıda itkin düşən fotoqrafın meyiti tapıldı: İntihar edib

İntiharın səbəbləri hələlik məlum deyil.

Bakucity.az xəbər verir ki, fevralın 22-də itkin düşən 1990-cı il təvəllüdlü Quliyev Pərviz İlqar oğlunun meyiti tapılıb. 

Onun Sumqayıtda yerləşən dəniz kənarında olan obyektlərin birində intihar etdiyi məlum olub.

Məlumata görə, P.Quliyev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, fevralın 24-də onun itkin düşməsi ilə bağlı məlumat yayılıb. P.Quliyev sonuncu dəfə metronun “Azadlıq” stansiyasının yaxınlığında görünüb və ondan sonra yoxa çıxıb. O, Azərbaycanın müxtəlif televiziya və xəbər saytlarında montajçı və fotoqraf kimi çalışıb.

Bakucity.az

İntihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər