Bakıda “Tar və piano üçün jazz-pop repertuarı” kitabı təqdim edildi

Bakıda “Tar və piano üçün jazz-pop repertuarı” kitabı təqdim edildi

Şəhriyar İmanovun “Tar və piano üçün jazz-pop repertuarı” adlı konserti keçirildi

Bakucity.az xəbər verir ki, fevralın 28-də Azərbaycan Milli Konservatoriyasında (AMK) tanınmış tar ifaçısı, Əməkdar artist Şəhriyar İmanovun “Tar və piano üçün jazz-pop repertuarı” adlı konserti keçirilib.

İsveçrənin ölkəmizdəki səfirliyi və Konservatoriyanın birgə təşkilatçılığı ilə reallaşan konsertdə, tar və piano üçün musiqi notları kitabının da təqdimatı olub. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə çap edilən kitabda 20-ci əsrin çox məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada göstərilib.

Konsertdə Ş. İmanovu gənc pianoçu Tural Rafael və tarzən İsmayıl Zülfüqarov müşayiət edib.

Qeyd edək ki, təqdim olunan kitabın not düzəlişi bəstəkar Firudin Allahverdiyə aiddir. (AzərTac)

Bakucity.az

Şəhriyar İmanov Firudin Allahverdi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər