Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı, biri döyüldü - VİDEO

Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı, biri döyüldü - VİDEO, Javid

Gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir

Bakucity.az xəbər verir ki, gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.

Bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib.

Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bıçaqlaşma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər