ABŞ-da yaşayan bakılı qrossmeyster: “ABŞ-da Azərbaycan şahmatını çox gözəl tanıyırlar”

Rəşad Babayev: “Bizə güclü şahmat ölkəsi kimi hörmət edirlər”

Şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq qrossmeyster Rəşad Babayev Azərbaycanın 22 qrossmeysterindən biridir. O, hazırda ABŞ-da yaşayır və şahmat məşqçisi kimi fəaliyyət göstərir. Bununla belə, Rəşad olduğu ölkədə daim Azərbaycan şahmat məktəbinin ənənələrini təbliğ edir, lazım gələndə, bir mütəxəssis kimi yerli şahmatçılara öz tövsiyyələrini verir. Bu müsahibədə qrossmeyster həm özünün şəxsi karyerası, həm də Azərbaycan şahmat məktəbi ilə bağlı fikirlərini bölüşüb. 

- Rəşad Babayev, siz Azərbaycan şahmatının əsas simalarından və təbliğatçılarından birisiniz. Zəhmət olmasa, oxucularımıza öz fəaliyyətiniz barədə ətraflı məlumat verərdiniz?  

- Mən 2010-cu ilə qədər aktiv oyunçu və məşqçi kimi fəaliyyət göstərmişəm. 2009-cu ildə kişilər arasında Azərbaycan çempionu adını qazanmışam. Məşqçiliyə isə hələ gənc yaşlarımdan marağım var idi və demək olar ki, 2010-cu ildən sırf məşqçi kimi çalışıram. 2009-cu ildə ABŞ-a köçərək orada yaşamağa başladım, məşqçi kimi müxtəlif uğurlara imza atdım. Tələbələrim arasında ABŞ çempionları, müxtəlif yaş kateqoriyalarının Top-10-luğunda yer alan şahmatçılar var. Amerika şahmatçıları ilə yanaşı, mən hər zaman Azərbaycan şahmatçılarına da öz köməyimi göstərmişəm və bir çox güclü şahmatçılara təlimlər keçmişəm. 

- Bildiyimizə görə, siz ingilis dilində video-təlimlər keçən tanınmış mütəxəssislərdən biri sayılırsınız. 

- Məşqçi kimi mən artıq çoxdan müxtəlif bloqlar, məqalələr və video materiallar hazırlayıram. Dünyanın ən məşhur və ən kütləvi şahmat saytı olan “chess.com” üçün hazırladığım video dərsləri 20-30 min insan izləyib və bəyənib. “Chess.com” saytı ilə əməkdaşlığım 2016-cı ildə keçirilən Bakı Şahmat Olimpiadasında da davam edib və yarış zamanı mən maraqlı oyunları sayt üçün şərh etmişəm. “Chess.com”la əməkdaşlığımdan sonra mənə bir çox başqa saytlar tərəfindən də əməkdaşlıq, video-dərslər hazırlamaq barədə təkliflər gəldi və gəlməkdədir. 

- Bu yaxınlarda sizin DVD-niz işıq üzü görüb. DVD nədən bəhs edir?

- Bəli, bu yaxınlarda endşpil (şahmatda oyun sonluğu-red) barədə ingilis dilində DVD-im işıq üzü gördü. DVD belə adlanır: “Qrossmeyster Rəşad Babayev ilə Azərbaycanda endşpil məktəbi”. Mən Azərbaycan şahmat məktəbinin yetirməsi və azərbaycanlı olduğum üçün DVD-nin belə adlandırılmasını istədim. İstəyim o idi ki, bütün dünya bizim necə güclü şahmat ənənələrimizin, necə güclü şahmat məktəbimizin olduğunu bilsin. Bu DVD şahmatçılar tərəfindən böyük maraqla qarşılandı. 

- Rəşad, zəhmət olmasa, bizə öz şəxsi şahmat saytınız barədə də danışardınız. 

- www.rashadbabaev.com domeni ilə fəaliyyət göstərən sayt ingilis dilindədir, amma gələcəkdə saytın Azərbaycan dilli versiyasını da açmaq niyyətim var. Saytda çox sayda maraqlı məlumatlar var. Həmçinin burada mənim şahmat karyeram, tələbələr və görkəmli şahmatçıların mənim haqqımda fikirləri də yer alıb. Saytda “Qrossmeysterə sual ver” bölməsində istifadəçilər onları maraqlandıran məsələlər barəsində mənə suallar ünvanlaya bilərlər. 

Yeri gəlmişkən, bu yaxınlarda mənim “GM Rashad Babaev Chess Academy” adlanan “Youtube” kanalım da fəaliyyətə başlayıb. Məqsədim İngilis və Azərbaycan dillərində video dərslər hazırlayıb şahmatçılara, şahmatsevərlərə təqdim etməkdir. Bildiyiniz kimi Azərbaycanda şahmata aid video dərslər və bu kimi materiallar çox azdır. Federasiya bu istiqamətdə vacib işlər aparır, lakin Azərbaycan dilində nə qədər çox dərsliklər, kitablar, video dərslər çox olsa, bu bizim şahmatımız üçün o qədər yaxşıdır. Bu, bir ilkdir. İstəyim odur ki, şahmat bilikləri şahmatçılar üçün əlçatan olsun, bütün azərbaycanlı şahmatçılar olduqları məkandan, məqamdan asılı olmayaraq, evdən çıxmadan öz şahmat biliklərini artırsınlar. Bir şahmatçı kimi məni həmişə Azərbaycan şahmat məktəbinin uğurları və gələcəyi daim maraqlandırır. Öz növbəmdə Azərbaycan şahmatına belə bir hədiyyə vermək mənim üçün şərəfdir. 

- Siz uzun müddətdir ABŞ-da yaşayırsınız. ABŞ-da Azərbaycan şahmatı və ənənələrindən insanlar nə qədər xəbərdardır?

- ABŞ-da Azərbaycan şahmatını çox gözəl tanıyırlar. Başda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi şahmatçılarımız olmaqla, bizi güclü şahmat ölkəsi kimi tanıyır və hörmət edirlər. Mənim hər bir yarışda, hər bir böyük mühazirədə mütləq Azərbaycan haqqında, bizim şahmat ənənələrimiz barədə çıxışlarım olur. Qeyd etdiyim kimi bir çox videolarımın, DVD-lərimin başlıqlarını Azərbaycanla bağlayıram. Bu da bizim şahmat ənənələrimizin təbliğinə yardımçı olur. 

- Azərbaycan şahmatının gələcəyini necə görürsünüz? Sizcə, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov səviyyəsində elitar şahmatda oynayan oyunçularımızın davamı gələcəkmi?

- Bu suala birmənalı cavab vermək çox çətindir. Ümid edirəm ki, belə güclü şahmatçılarımızın sayı çox olsun, ancaq əfsuslar olsun ki, hələlik onlara bənzər yeni parlaq şahmatçı yetişməyib. Cavan, istedadlı şahmatçılar çoxdur, amma dünya onluğuna düşəcək iddiada olanlar yoxdur. Bununla belə şahmatın populyarlığı artdığı üçün gələcəkdə hansısa böyük istedadların ortaya çıxması şansları var və işlər düzgün qurulsa, yeni ulduzlar görmək ehtimalımız artar. 

- Sizcə, Azərbaycan şahmatının qarşısında duran əsas maneələr nələrdir və üstünlüklərimiz nələrdən ibarətdir?

- Azərbaycan şahmatının üstün tərəflərindən başlıcası bizim ənənələrimiz, şahmatın bir intellekt idman oyunu kimi ölkədəki statusudur. Ölkədə güclü şahmatçıların varlığı gənclər üçün böyük stimuldur. Düşünürəm ki, daha böyük proqresə nail olmaq üçün qrossmeysterlərdən, güclü məşqçilərin təcrübəsindən yararlanmaq lazımdır. Gənc, istedadlı şahmatçılara diqqət ayırıb, onlarla bağlı işçi qrupu yaradıb mütəmadi təlim-məşq toplantıları keçirilməlidir. Əlbəttə, belə işlər aparılır və bunu danmaq olmaz. Sadəcə miqyası genişləndirmək lazımdır. Bir neçə peşəkar qrossmeysterin, məşqçinin bir araya gəlib iş aparması daha məqsədəuyğun olar və bu, böyük nəticələr verər.

Bakucity.az

Rəşad Babayev Qrosmeyster Müsahibə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Cəmiyyət
Azərbaycanda market işçisində koronavirus aşkarlanıb, 45 nəfər karantinə alınıb. Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin bir işçisi koronavirusa yoluxub. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıblar. Bundan başqa, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin 2 əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, marketd...
Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...