“Bakı Marafonu-2019” başlayır - bakucity.az

“Bakı Marafonu-2019” başlayır

Marafon 21 kilometr məsafəni əhatə edəcək

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək.

Fonddan Bakucity.az-a verilən məlumata görə, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər martın 4-dən mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilər. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

“Bakı Marafonu-2019”un mükafatlandırması iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

O cümlədən, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə “Bakı Marafonu-2019”un xüsusi medalları ilə təltif ediləcək.

Bundan əlavə, marşrut boyunca bir sıra əyləncəli proqramlar təşkil ediləcək.

Bakucity.az

Bakı Marafonu-2019
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci ölkədir   Bakucity.az xəbər verir ki, iyunun 18-də Barselonada "CineEurope" avropa sərgisində (Barcelona International Convention Centre) kino texnologiyaları üzrə aparıcı CJ 4DPLEX (www.cj4dx.com) şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” TM-də yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanıb. Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca...
Kriminal
Kultivasiya yolu ilə yetişdirilən narkotik bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir Daxili İşlər Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zama...
Cəmiyyət
Bu barədə vəkil Emin İsayev məlumat verib Bakucity.az xəbər verir ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı cinayət işi üzrə Komission-Ekspertiza yekunlaşıb. Bu barədə vəkil Emin İsayev məlumat verib.  Onun sözlərinə görə, E.Hacıyevanın işi üzrə Komission-Ekspertiza Bakı Şəhər Prokurorluğuna göndərilib.  Vəkil həmçinin qeyd edib ki, E.Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi...
Hadisələr
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az xəbər verir ki, iyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlarında olan qadını vurub. Piyada hadisə yerindəcə ölüb. Məlumat Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır. Bakucity.az
Biznes
Adı çəkilən MMC ölkədə siqaret istehsalını həyata keçirir Bakucity.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 mana...
Cəmiyyət
Uşaq pulu ilə bağlı məsələlər barədə millət vəkili məlumat verib Bakucity.az xəbər verir ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzov REAL TV-yə müsahibəsində uşaq pulu ilə bağlı məsələlərin müzakirə olunduğunu deyib. Deputat bildirib ki, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".  Bakucity.az
Cəmiyyət
Qızlar Bakının mərkəzində dava edib Bakucity.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə bu gün yayılıb. Paytaxtın Nizami küçəsində (Tarqovı) 10-15 qızın iştirakı ilə dava-dalaş olub. Qızların əksəriyyəti hadisəni sakitləşdirməyə çalışıb. (Publika.az) Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Cəmiyyət
Eskalatorların yenidən istismara verilməsi sentyabr ayına planlaşdırılır Bakucity.az xəbər verir ki, “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. "Bakı Metropoliten" QSC-dən verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, z...
Mədəniyyət
Bu sayca beşinci festivaldır Bakucity.az xəbər verir ki, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində hər il Beynəlxalq Yoqa Günü münasibətilə həyata keçirdiyi nəhəng festival bu il də öz işini reallaşdırıb. Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyi olub. Format: Şəhərs...