Bakıda “Unutmağa kimsə yox” tamaşası nümayiş olunacaq

Bakıda “Unutmağa kimsə yox” tamaşası nümayiş olunacaq

Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim ediləcək

Bakucity.az xəbər verir ki, martın 4-də saat 18:00-da yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Tamaşa “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim ediləcək. 

Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin III kurs tələbələrinin hazırladıqları səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər. 

Kursun rəhbəri əməkdar artist Yaqut Paşazadədir.

Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmmədovaya məxsusdur. Səhnə əsəri Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində oynanılacaq.

Bakucity.az

“Unutmağa kimsə yox”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər