Bakıya Çindən turist axını olacaq - FOTO

Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edib.

Bakucity.az xəbər verir ki, martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. 

Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb. 

İmzalanma mərasimində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki Fövqəladə və Səlahiyyətli Səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak ediblər.

Fuad Nağıyevin sözlərinə görə sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir. 

“Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, -deyə Dövlət Turizm Agentliyinin sədri  Fuad  Nağıyev bildirib.

“Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post- Sovet məkanı, həm  Asiya, həm  Avropa, həm Yaxın Şərq daxildir.  Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”, deyə Fuad Nağıyev qeyd edib.

Dövlət Turizm Agentliyinin sədri bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin iki dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır.  

“Biz – turizm sənayesinin təmsilçiləri, cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq”, - Dövlət Turizm Agentliyinin sədri deyib.

Qeyd edək ki, ötən ilin nəticələrinə görə, Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edir. Onların ölkə iqtisadiyyatına ümumi töhfəsi  2 milyard dollara yaxın olub.

Bakucity.az

Turizm Dövlət Turizm Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
238 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...
Hadisələr
Yaralılardan ikisi uşaqdır Bakıda avtobus qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Həmçinin oxu: Bakıda avtobusa hüc...
Cəmiyyət
Vətəndaşları narahat edən sualların cavabı Son günlər Bakıda dövlət tərəfindən satışa çıxarılacaq kirayə mənzillərlə bağlı məsələ müzakirə olunur. BakuCity.az xəbər verir ki, tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov mövzu ilə bağlı vətəndaşları narahat edən sualları canlı yayımda cavablandırıb. Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB Həmin videonu təqdim edirik: BakuCity.az
Kriminal
Cinayət işi açıldı Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib. BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 196...
Mədəniyyət
Abşeron və Xəzər dənizinin romantiki... Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq. Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə k...
Kriminal
Hazırda fəaliyyəti dayandırılıb  Bakıda şirniyyat sexi qarət edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib. Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba,...