Startap və İnnovasiya Mərkəzi Bakıda memarandum imzaladı - FOTO - bakucity.az

Startap və İnnovasiya Mərkəzi Bakıda memarandum imzaladı - FOTO

"Youth Inc." və "eazi START" arasında memorandum imzalandı.

Bakucity.az xəbər verir ki, Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən tədbirdə “Youth Inc.” Sahibkarlıq Proqramı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. 

İmzalanan memorandum “New Generation” layihəsi çərçivəsində hər iki mərkəzdə fəaliyyət göstərən startap komandalarının, tədris və praktiki metodikalarının qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub. 

Tədbirdə açılış mərasimində çıxış edən Azərbaycan-Fransız Universitetinin direktoru dos. Vazeh Əsgərov tədbir iştirakçılarını salamlayaraq, UFAZ haqqında məlumat verərək, imkanlardan bəhs edib. Bundan əlavə Vazeh bəy çıxışında memorandum imzalayan hər iki mərkəzin startap ekosisteminə dəstəyindən bəhs edərək memorandumun uğurlu olmasını arzulayıb. Həmçinin təlimdə iştirak edəcək yeni nəsil sahibkarlara da fəaliyyətlərində uğurlar arzulayıb.

“Youth Inc.” Sahibkarlıq Proqramının kordinatoru Zaur Ünsizadə çıxış edərək “Yeni Nəsil” layihəsi, mərhələləri yaxın müddətdə fəaliyyətə başlayacaq mentorinq mərhələsi haqqında məlumat verərək, imzalanan memorandumun uzunmüddətli planlaşdırılan əməkdaşlıq üçün uğurlu olmasını arzulayıb.

Həmçinin tədbirdə Azərbaycan-Fransız Universiteti “New Generation” layihəsi çərçivəsində göstərdikləri dəstəyə görə təşəkkürnamə ilə təltif edilib. Tədbirin ikinci hissəsində 200-dən çox gənc, təlimçi Səbinə Rəhimova tərəfindən keçirilən “İdeya Generasiyası” təlimində iştirak edib.

Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 2012-ci ildən fəaliyyətə başlayaraq, 2015-ci ildən Biznes İnkubasiya Mərkəzi ilə xidmət göstərir. Fəaliyyəti dövründə “Youth Inc.” tərəfindən 16 startap fəaliyyətə başlamış, 34 biznesə dəstək göstərilmiş, 200-dən çox iş imkanı yaradılmış və ümumilikdə 8000-dən çox gənc əhatə edilmişdir. “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.

Bakucity.az

Memorandum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci ölkədir   Bakucity.az xəbər verir ki, iyunun 18-də Barselonada "CineEurope" avropa sərgisində (Barcelona International Convention Centre) kino texnologiyaları üzrə aparıcı CJ 4DPLEX (www.cj4dx.com) şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” TM-də yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanıb. Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca...
Kriminal
Kultivasiya yolu ilə yetişdirilən narkotik bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir Daxili İşlər Nazirliyindən Bakucity.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Denis Ardatyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zama...
Cəmiyyət
Bu barədə vəkil Emin İsayev məlumat verib Bakucity.az xəbər verir ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı cinayət işi üzrə Komission-Ekspertiza yekunlaşıb. Bu barədə vəkil Emin İsayev məlumat verib.  Onun sözlərinə görə, E.Hacıyevanın işi üzrə Komission-Ekspertiza Bakı Şəhər Prokurorluğuna göndərilib.  Vəkil həmçinin qeyd edib ki, E.Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi...
Hadisələr
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az xəbər verir ki, iyunun 19-da saat 8 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 60-70 yaşlarında olan qadını vurub. Piyada hadisə yerindəcə ölüb. Məlumat Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır. Bakucity.az
Biznes
Adı çəkilən MMC ölkədə siqaret istehsalını həyata keçirir Bakucity.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 mana...
Cəmiyyət
Uşaq pulu ilə bağlı məsələlər barədə millət vəkili məlumat verib Bakucity.az xəbər verir ki, Milli Məclisin komitə sədri Siyavuş Novruzov REAL TV-yə müsahibəsində uşaq pulu ilə bağlı məsələlərin müzakirə olunduğunu deyib. Deputat bildirib ki, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: "Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq".  Bakucity.az
Cəmiyyət
Qızlar Bakının mərkəzində dava edib Bakucity.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə bu gün yayılıb. Paytaxtın Nizami küçəsində (Tarqovı) 10-15 qızın iştirakı ilə dava-dalaş olub. Qızların əksəriyyəti hadisəni sakitləşdirməyə çalışıb. (Publika.az) Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Cəmiyyət
Eskalatorların yenidən istismara verilməsi sentyabr ayına planlaşdırılır Bakucity.az xəbər verir ki, “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. "Bakı Metropoliten" QSC-dən verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, z...
Mədəniyyət
Bu sayca beşinci festivaldır Bakucity.az xəbər verir ki, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində hər il Beynəlxalq Yoqa Günü münasibətilə həyata keçirdiyi nəhəng festival bu il də öz işini reallaşdırıb. Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyi olub. Format: Şəhərs...