Prezident Bakıdakı tikinti prosesindən danışdı

Prezident Bakıdakı tikinti prosesindən danışdı, Javid

"Çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun"

"Şəhərsalma sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır". Bunu prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.

Bakucity.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. 

“Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik”, - deyə Azərbaycan prezidenti qeyd edib.

Bakucity.az 

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər