Konfrans AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə birgə reallaşacaq.
Bakucity.az xəbər verir ki, martın 5-də Bakı Yunus Əmrə İnstitutunda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun təqdimatında “Azərbaycan tərcümə tarixi” mövzusunda konfrans keçiriləcək.
Konfransda Azərbaycan tərcümə tarixinə nəzər salınacaq, bu sahədə mövcud olan problemlərə toxunulacaq.