“Leyli və Məcnun” Bakıda növbəti dəfə nümayiş olundu

“Leyli və Məcnun” Bakıda növbəti dəfə nümayiş olundu

Tamaşa 2 saat 30 dəqiqə davam edəcək.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan “Leyli və Məcnun” operası teatrsevərlər üçün növbəti dəfə təqdim olunub.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda baxılan səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə edilib.

2 saat 30 dəqiqə davam edən operada Məcnun obrazını Səbuhi İbayev, Leylini isə Xalq artisti Gülyaz Məmmədova canlandırıb.

Digər rollarda Nurlan Namazov, Cahangir Qurbanov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Afaq Ağayeva, Mütəllim Dəmirov, Nəzər Bəylərov və Vüqar Əliyev çıxış ediblər.

Müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.

Bakucity.az

Leyli və Məcnun
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər