Bakıda 450 min manat oğurlayan şəxsə hökm oxundu

Bakıda 450 min manat oğurlayan şəxsə hökm oxundu

Təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri ərazisində yerləşən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin mühasib otağından 450 min manat oğurlanıb. Hadisəni Sumqayıt şəhər sakini R.Nəbiyevin törətməsi müəyyənləşib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Saxlanılan şəxs MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. R. Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq maddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.

Bakucity.az

Hökm oxunub
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər