Çingiz Abdullayev Bakıda Cəfər Cabbarlınin ev muzeyinin sökülməsinə etiraz etdi

Xalq yazıçısı söküntü qərarına münasibət bildirib

Bakucity.az xəbər verir ki, Çingiz Abdullayev Bakıda görkəmli ədib Cəfər Cabbarlınin ev muzeyinin sökülməsinə münasibət bildirib. Bununla bağlı o, "Facebook" hesabında post paylaşıb.

"Yazıçının yaşadığı evin sökülərək əşyaların yeni tikiləyə daşınması belə görünür, dünya mədəniyyətində yeni hadisədir. Əgər dünyada belə nümunələr varsa, onda bilmək istərdik ki, beləsi harada və nə zaman təkrar olunub?" - Çingiz Abdullayev sual verib. 

Xalq yazıçısının sosial şəbəkədəki postunda həmçinin bu cümlələr yer alıb: 

"Başa düşürəm, varislərin ehtiyacı olub və özlərinin dahi sələfinin xatirəsini satmağa qərar veriblər, başa düşürəm, icazə almağa nail olublar. Hər şeyi başa düşürəm. Pul hər şeydən vacibdir. Amma yenə də xoş deyil. Cəfər Cabbarlı bizim dramaturgiyamızın və kinossenaristikamızın banisidir, bizim ədəbiyyatımızın 35 yaşında dünyasını dəyişən ən görkəmli nümayəndələrindən biridir. Amma bu kiminsə üçün maraqlıdırmı? Ümumiyyətlə, burda qeyri-adi nə var ki? Bir halda ki, muzeyin eksponatlarını yeni binaya daşıyacaqlar. Əslində isə o, orada heç vaxt yaşamayıb və bu, artıq özünün unikal mozaikası və təkrarsız aurası olan ev muzeyi olmayacaq. Amma bu kimi narahat etməlidir ki. Nə üçün hər dəfə eyni şey təkrar olunmalıdır? Nəyə görə, Müşviqin abidəsi nümayişkaranə şəkildə götürülməli, sonra yenə eyni yerə qoyulmalıdır, nəyə görə köhnə Sovetskidə məscid dağıdılmalı, sonra bərpa edilməlidir, nəyə görə Şusevin möhtəşəm əsəri sökülməli, sonra başqa yerdə təzədən yaradılmalıdır? Heç nə baş vermir görüntüsü yaratmaq və qorxaqca susmaq sadəcə olaraq mümkün deyil. Bu, bizim yaşadığımız şəhərdir..."

Qeyd edək ki, bir müddət əvvəl Bakucity.az Cəfər Cabbarlının ev muzeyinin baxımsız vəziyyətə olması, sonra isə söküləcəyinə dair araşdırma yazılar yayımlayıb. Araşdırma zamanı məlum olub ki, görkəmli dramaturqun ev muzeyi satılıb və yerində hündürmərtəbəli bina tikiləcək. Artıq söküntü işlərinə başlamaq üçün ev muzeyinin ətrafı da hasarlanıb. Mədəniyyət nazirliyi ev muzeyinin satılmasının Cəfər Cabbarlının ailəsinin qərarı olduğunu bildirib və ev muzeyinin gələcəkdə ucaldılacaq binanın birinci mərtəbəsində bərpa olunacağına dair açıqlama verib. 

Görkəmli ədibin ev muzeyinin sökülməsi xəbəri mətbuatda və sosial şəbəkələrdə geniş rezonans doğurub. Çingiz Abdullayev məsələyə münasibət bildirən ziyalılardan biridir. 

Bakucity.az 

Cəfər Cabbarlının ev muzeyi Çingiz Abdullayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair məsələlər müzakirə olunub. Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüş zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib. BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur. “Ru...
Cəmiyyət
Ermənistanın növbəti PUA-sı məhv edilib. Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görür. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nazirlik əhaliyə xəbərdarlıq edib: "Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağ...
Cəmiyyət
"GeoProMining Gold" Ermənistana silah-sursat və muzdlular yollayır. 112 ton qızıl ehtiyatı olan Dağlıq Qarabağdakı qızılın 99%-nə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox sayda silah və muzdlu əsgər göndərməyə başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə medası xəbər verib. Bildirilib ki, sözügedən şirkət Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir və bölgənin Azərbaycanın nəzarətinə keçm...
Cəmiyyət
İşğalçılıq siyasətindən imtina etməyən Ermənistan dünya ölkələrindən istədiyi dəstəyi ala bilmir. BakuCity.az-ın məlumatına görə Yenicag.az Bakı sakinləri arasında sorğu keçirib. Sorğunun iştirakçıları bütün dünyaya yalvaran Ermənistana aman verilməməsinə çağırırlar. BakuCity.az
Kriminal
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib. Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər. Onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söy...
Cəmiyyət
Hərbi ekspert Ədalət Verdiyevin açıqlaması. "Əvvəlcə məhdud sayda kəndlər işğaldan azad olunurdu. Elə gün olunurdu ki, 3 kənd açıqlanırdı. Amma indi 4 rayon ərazisindən hərəsindən 5, 6 və 7 kənd azad olunur. Bu, o deməkdir ki, əvvəlcə dar bir istiqamətdə 3 kənd geri alınırdısa, artıq bu zərbə istiqamətində ordunun ikinci eşalonu yardığı şübhəsizdir. Həm də yarılma ərazisindən genişlənmə var". BakuCity.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verd...
Cəmiyyət
Bakıda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. BakuCity.az xəbər verir ki, bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində yazıb: “Bu qadın Bakı şəhəri 34 ünvanında yerləşən Anderson-“Coffee shop in Baku” obyektinin sahibəsidir. Bu günlərdə erməni fonduna 50 min ABŞ dolları keçirib. Bakıda pul qazanır və övladlarımızın öldürülməsi üçü...
Cəmiyyət
Düşmənin 5-ci dağatıcı alayının mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Ord...