Ekvador milli komandasının futbolçusu Bakı klubuna keçib

Ekvador milli komandasının futbolçusu Bakı klubuna keçib

Bakının “Sabah” klubu heyətinə yeni futbolçu qatıb.

Topaz Premyer Liqasının debütantı Ekvador milli komandasının sabiq futbolçusu Anibal Çala ilə anlaşıb. 23 yaşlı müdafiəçi bu gün Bakı klubu ilə müqavilə imzalamalıdır. Son klubu 2017-ci ildə keçdiyi “LDU Kito” olan Anibal bunadək vətənində “Nasional” (2013-2016), ABŞ-da “Dallas”ın (2017) formasını geyinib.

Qeyd edək ki, Çala 2015-ci ildən Ekvador millisinə çağırılır.

Bakucity.az 

“Sabah” klubu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər