Bakıda küçə sənəti niyə formalaşmır? – ARAŞDIRMA

Paytaxtda qraffiti nümunələri azdır

Müasir dövrdə qraffiti sənət nümunələri bir çox şəhərlərin bəzəyidir. Hətta əfsanəvi qraffiti rəssamı Benksinin London divarlarına çəkdiyi qraffitilər artıq muzeylərdə saxlanılır, sərgilərdə göstərilir. Təkcə Qərb ölkələrində deyil, hətta qonşu Gürcüstanda da elə qraffiti rəssamları var ki, onları bütün ölkə tanıyır və əsərlərini qiymətləndirir. Çünki qraffiti özlüyündə təkcə güclü mesajları daşımır, o həmçinin şəhərin görkəminə və fəlsəfəsinə dəyər qatır. Bəs Bakıda qraffiti mədəniyyəti niyə formalaşmayıb, niyə biz paytaxtımızda küçə sənəti nümunələri görmürük, buna nələr mane olur? Bakucity.az araşdırmasında bu suallara cavab tapmağa çalışıb.

Bakı küçələrində niyə qraffiti nümunələrinə rast gəlinmir?

Saytımıza açıqlama verən “Wish” ləqəbli gənc qraffiti rəssamı Səid Şərifovun dediyinə görə, binaların boş hissələrində qraffiti rəsmləri çəkmək olar: 

“Qraffiti özü qanunsuz fəaliyyət növüdür, onun “mural art” qolunda isə binaların boş hissələrində şəkillər çəkməyə qanunla icazə verilir, sadəcə bizdə bu qanunu tənzimləyən qaydalar yoxdur. “Mural”la məşğul olmaq üçün xüsusi təşkilat yaratmağı tələb edirlər, buna görə də Bakı küçələrində qraffiti nümunələrinə rast gəlinmir. Çətinliklərə baxmayaraq, biz paytaxda unudulmuş yerlər və ya şəkil çəkə biləcəyimiz parklar tapıb işləməyə çalışırıq. Bu ərazilərdə maneəsiz rəsm çəkmək mümkün olsa da, çəkdiklərimizi çox az insan görür. Min-bir əziyyətlə çəkdiklərimiz sonradan qiymətləndirilir”. 

“Bakının mərkəzində elə binalar var ki, - “Wish” davam edir;  divarları boşdur və belə onlar çox çılpaq görünürlər.  Halbuki həmin çılpaq divarlarda gözəl əsərlər yaratmaq və o əsərlər vasitəsilə paytaxtda küçə incəsənətiylə maraqlananlar üçün qraffiti turları təşkil etmək olardı. Ukraynanın paytaxtı Kiyevdə yaşayış binalarının yan tərəfləri və səthləri “mural” larla bəzədilib.  Hətta Kiyev küçələrində bir çox tanınmış rəssamların əsərləri var. Misal üçün, kosta-rikalı rəssam Mata Ruda orada qədim slavyan mifologiyasındakı qadın ruhu “Bereginya”nın rəsmini çəkib. Rəssam İlya Paveleç isə Kiyev Estrada və Sirk İncəsənəti Akademisyasının 2 divarını qeyri-adi “mural”larla bəzəyib. Kiyevin mərkəzində fransız rəssam MTO-un da təsvirləri yer alıb. Ukraynada qraffitinin inkişafı üçün tədbirlər görülür. Biz də dövlət tərəfindən dəstək görsək, bu təcrübədən yararlana, şəhərdə qraffiti mədəniyyətini formalaşdıra bilərik”. 

Bakıda qraffiti rəssamları azdır

“Street-art”la (küçə sənəti) məşğul olan rəssam Yunis Krılov isə Bakıda yüksək səviyyədə, amma az sayda qraffiti rəssamlarının olduğunu deyir:

“Bakıda yalnız bir əlin barmağı qədər qraffiti rəssamı var, amma az olmalarına baxmayaraq, onlar yüksək səviyyədə iş görürlər və əsərlərinin bəziləri hətta Avropa rəsmləri səviyyəsindədir. Mən onlarda hər gün nəsə yeni, maraqlı bir şey görüb qürurlanıram. Bakının əsas küçələrində qraffiti nümunələrinin rast gəlinməməsinin səbəbi rəssamların azlığından tutmuş, keyfiyyətli boyaların olmamasını göstərmək olar, amma ən əsas səbəb bu sahəyə dəstəyin olmamasıdır. Əksər xarici ölkələrdə qraffiti ilə məşğul olan gənc rəssamların leqal fəaliyyəti üçün dövlət tərəfindən xüsusi divarlar ayrılır. Bundan əlavə, onların inkişafı üçün stimul verən müxtəlif tədbirlər həyata keçirilir. Bu ölkələrdə qraffiti qeyri-qanuni və ya qeyri-ciddi iş kimi təqdim edilmir, əksinə, bu, bir növ özünüifadə hesab edilir”.

Yunis Krılov “Street-art”ın əsasını qraffitinin təşkil etdiyini, amma “Street-art” qraffiti olmadığını deyir:

“Qraffiti - hip-hop altmədəniyyətinin (subkultura) 5 sütunundan biridir. Qraffiti həyat tərzi kimi başqa mahiyyət, siyasi olaraq isə tamam başqa mahiyyət kəsb edir. Hip-hop altmədəniyyəti prizmasından baxmasaq, qraffitinin populyarlaşması İkinci  Dünya Müharibəsi dövründə Kilroy adlı fəhlənin Detroytda yerləşən fabrikdə bomba yeşiklərinin üzərinə “Kilroy was here” cümləsini yazması ilə başlayıb. Sonra bu sözlər əsgərlərin və zamanla müxtəlif cəmiyyətlərin şüarı olub. Bir çox səbəblərdən “Street-art”ın yaranmasını dolayı yolla bütün dünyada siyasətlə əlaqələndirirlər. Bəzən isə divarlarda yazılan siyasi şüarları qraffiti ilə səhv salırlar”. 

Qraffiti ilə bağlı nazirliyin heç bir planı yoxdur

Saytımıza açıalama verən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sözçüsü Qalib Qasımov qraffitinin ölkəmizdə inkişaf etdirilməsi və ya təbliğiylə bağlı yaxın 2-3 il ərzində hansısa bir tədbirin həyata keçirilməyəcəyini deyib:

“Biz peşəkar incəsənəti dəstəkləyirik və bu sahədə tədbirlər görürük. Qraffiti ilə məşğul olmaq istəyənlərə Bakı Şəhər İcra Hakimiyyəti, Bələdiyyələr, QHT-lər və s. kimi qurumlar və ya bu işə marağı olan şəxslər tərəfindən müvəqqəti və ya davamlı şəkildə xüsusi divarlar ayrıla bilər. Qraffitiyə xüsusi maraq varsa və bu maraq cəmiyyət üçün təhlükəli deyilsə, deməli, onun qarşısını almaq da düzgün deyil. Rəssamların ideyası, mövzusu nizamlı şəkildə aparılarsa, qraffiti növlərinin mahiyyəti incəsənətə xidmət edərsə, onda bu sənətə gələcəkdə nə zamansa şərait yaratmaq olar. Hazırda isə tarixi binalarımızın, şəhərimizin gözəlliyinin və arxitektura ansamblının qraffitiyə ehtiyacı yoxdur deyə düşünürəm”.

Qeyd edək ki, Azərbaycanda İnzibati Xətalar məcəlləsinin 393-cü maddəsinə uyğun olaraq yaşayış sahələrində binaların, onların avandalığının və abadlıq obyektlərinin korlanmasna görə inzibati qaydada cərimə tətbiq oluna bilər. Amma Nazirliyin sözçüsünün də qeyd etdiyi kimi, ümid edirik rəssamlarımızın ideyası, qraffiti növlərinin mahiyyəti şəhərimizin gözəlliyinə əlavə gözəllik qatmaqla ölkəmizdə bu mədəniyyət növünü populyarlaşdıracaq.

Ramilə Qardaşxanqızı

Bakucity.az

qraffiti küçə sənəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair məsələlər müzakirə olunub. Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüş zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib. BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur. “Ru...
Cəmiyyət
Ermənistanın növbəti PUA-sı məhv edilib. Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görür. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nazirlik əhaliyə xəbərdarlıq edib: "Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağ...
Cəmiyyət
"GeoProMining Gold" Ermənistana silah-sursat və muzdlular yollayır. 112 ton qızıl ehtiyatı olan Dağlıq Qarabağdakı qızılın 99%-nə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox sayda silah və muzdlu əsgər göndərməyə başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə medası xəbər verib. Bildirilib ki, sözügedən şirkət Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir və bölgənin Azərbaycanın nəzarətinə keçm...
Cəmiyyət
İşğalçılıq siyasətindən imtina etməyən Ermənistan dünya ölkələrindən istədiyi dəstəyi ala bilmir. BakuCity.az-ın məlumatına görə Yenicag.az Bakı sakinləri arasında sorğu keçirib. Sorğunun iştirakçıları bütün dünyaya yalvaran Ermənistana aman verilməməsinə çağırırlar. BakuCity.az
Kriminal
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib. Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər. Onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söy...
Cəmiyyət
Hərbi ekspert Ədalət Verdiyevin açıqlaması. "Əvvəlcə məhdud sayda kəndlər işğaldan azad olunurdu. Elə gün olunurdu ki, 3 kənd açıqlanırdı. Amma indi 4 rayon ərazisindən hərəsindən 5, 6 və 7 kənd azad olunur. Bu, o deməkdir ki, əvvəlcə dar bir istiqamətdə 3 kənd geri alınırdısa, artıq bu zərbə istiqamətində ordunun ikinci eşalonu yardığı şübhəsizdir. Həm də yarılma ərazisindən genişlənmə var". BakuCity.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verd...
Cəmiyyət
Bakıda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. BakuCity.az xəbər verir ki, bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində yazıb: “Bu qadın Bakı şəhəri 34 ünvanında yerləşən Anderson-“Coffee shop in Baku” obyektinin sahibəsidir. Bu günlərdə erməni fonduna 50 min ABŞ dolları keçirib. Bakıda pul qazanır və övladlarımızın öldürülməsi üçü...
Cəmiyyət
Düşmənin 5-ci dağatıcı alayının mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Ord...