Bakıda Heydər Əliyev Mərkəzində konsert keçiriləcək

“Azərbaycana sevgi ilə” konsert proqramı təqdim ediləcək

Bakucity.az xəbər verir ki, mayın 11-də opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim ediləcək.

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. Yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur “Time'' jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.

Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C. Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

Elçin Əzizov (bariton) Azərbaycanın Xalq artistidir. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada “Motsareum” Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının “Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verilib.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiymətləri 40, 50, 60, 80, 100, 120, 150, 200, 250, 300 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Bakucity.az

“Azərbaycana sevgi ilə”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az