Bakıda bu tarixdə nəqliyyat pulsuz olacaq

Bakıda bu tarixdə nəqliyyat pulsuz olacaq, Javid

20 min əcnəbi Bakıya gələcək

Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək Avropa Liqasının final oyunu günü nəqliyyat pulsuz olacaq.

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Növbəti Hesabat Konfransında deyib. 

O bildirib ki, bilet sahibləri və akkreditasiyası olan şəxslər nəqliyyatdan pulsuz istifadə edə biləcəklər: “Üç gündən sonra UEFA onlayn bilet satışına başlanılacaq. Çalışın, bileti tez alın. Dekabrda UEFA-nın VİP biletləri satışa çıxdı. 1500 bilet elə həmin ay satıldı. Azərbaycan daxilindən cəmi 19 bilet alındı. Gözləntimiz hava limanı vasitəsilə 20 min azarkeşin Bakıya gəlişidir. Oyun saat 23:00-da başlanacaq. Akkreditasiya və bilet sahibləri üçün oyun günü nəqliyyat ödənişsiz olacaq. Bu, böyük addımdır və dövlətimizə AFFA adından minnətdarıq”.

Qeyd edək ki, final mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (Report)

Bakucity.az

Avropa Liqasının final oyunu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər