Sürücülərə müraciət edildi
Bakucity.az xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Hökməli dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bakucity.az