Bakının mərkəzinə gələn yol bağlandı

Bakının mərkəzinə gələn yol bağlandı, Javid

Yeni yolla hərəkət müvəqqəti məhdudlaşdırılıb

Bakucity.az xəbər verir ki, Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yolla hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin edilib. Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az

Yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər