Bakıda dollar kreditlərində artıq ödənilən vəsaitlər qaytarılacaq

Bakıda dollar kreditlərində artıq ödənilən vəsaitlər qaytarılacaq, Javid

Maliyyə naziri Samir Şərifov açıqlama verib

Bakucity.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov dollar kreditləri ödənilmiş faizlər üzrə artıq məbləğlərin qaytarılması məsələsinə aydınlıq gətirib. 

S. Şərifov deyib ki, hər bir borc üzrə faiz hesablanıb və faizlər ödənilməlidir.

Maliyyə naziri qeyd edib ki, Prezidentin fərmanında xarici valyutada kreditlərlə bağlı pisləşdirici amillər üzrə güzəştlər nəzərdə tutulur: “2015-ci ildə baş vermiş devalvasiyalar nəticəsində borc alanın borcu qaytarmaq qabiliyyətinə mənfi təsir olubsa, bunun manat ifadəsində krediti artıb. Fərmanla bu mənfi təsir aradan qaldırılır. Yəni bununla əlaqədar dövlət tərəfindən həmin borc alanlara dəstək veriləcək”. (ONA)

Bakucity.az

Samir Şərifov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər