Bakıda təcili yardım işçiləri bu videoya görə işdən çıxarıldı - VİDEO

Bakıda təcili yardım işçiləri bu videoya görə işdən çıxarıldı - VİDEO, Javid

Tibb bacısı və sürücülər işdən çıxarıldı

Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında bir xanımın başına dövr etməsini özündə əks etdirən video yayılıb.

Görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasının həyətində lentə alınıb.

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar. (ONA)

Bakucity.az

Təcili Yardım Stansiyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər