Bakıda “Allı-güllü Novruzum” sərgisi keçiriləcək

Sərgi hər çərşənbə axşamı nümayiş olunacaq.

Bakcity.az xəbər verir ki, “Nur Art House” sənət qalereyasında martın 5-də “Allı-güllü Novruzum” adlı sərgi açılacaq.

Qalereyadan verilən məlumata görə, sərgidə Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tələbələrinin hazırladığı sənət əsərləri nümayiş olunacaq.

Sərgi çərçivəsində milli adət-ənənələrimizin təbliği, insanlarda milli-mədəni dəyərlərə hörmətlə yanaşmağın vacibliyini tərənnüm etməklə yanaşı, bayramın atributlarının nümayişi də nəzərdə tutulur.

“Azərbaycan xalçaçıları” İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Eldar Hacıyevin, Bədirə Əliyevanın, Rauf Əbdülhüseynoğlunun, Mehriban Xəlilzadənin, Adil Məmmədovun, Zahidə Haşımovanın, mərhum Arzu Haşımovanın, Rusiya və Özbəkistan Rəssamlar ittifaqlarının üzvü Mehriban Əliyevanın, Elmira Qasımovanın, Sevinc Paşayevanın, Nailə Quliyevanın, Məhbubə Məmmədovanın bir-birindən gözəl, xalça, bədii tikmə, batika, keçə nümunələri, rəngkarlıq əsərləri məhz bu ideyanın tərənnümünə həsr edilib.

Sərginin ekspozisiyasının və reklam materiallarının dizayn müəllifləri Mədəniyyət və İncəsənət Universitetinin dizaynerləri Şərqiyyə Əfəndizadə və Ləman Məmmədovadır.

Sərgi hər çərşənbə axşamı bir etnoqrafik bayrama çevrilərək, “Sənətkardan öyrənək” ənənəsinin davamı kimi, müxtəlif mövzularda ustad dərsləri ilə müşayiət olunacaq.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...
Biznes
Avtomobil bazarında ikinci əl maşınların qiymətləri.  BakuCity.az maşın bazarında bu günə olan qiymətləri təqdim edir. Toyota Prado, 2.7 L, 2013 il, 130 000 km - 26 900 $ GAZ 31105, 2.3 L, 2007 il, 67 000 km - 11 500 AZN Hyundai Santa Fe, 2.0 L, 2013 il, 76 000 km - 19 000 $ LADA (VAZ) 2107, 1.6 L, 2011 il, 59 443 km - 6 500 AZN Mercedes C 220, 2.2 L, 1998 il, 368 700 km - 12 800 AZN SEAT Exeo, 2.0 L, 2011 il, 195 115 km - 12 300 AZN LADA (VAZ) 2106, 1.6 L...
Cəmiyyət
Bakıda Jurnalistin ailəsində koronavirus aşkarlanıb. Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.  BakuCity.az xəbər verir ki, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır. Z.Mirzəzadə ailəsilə birlikdə Jurnalistlər binasında kirayədə yaşayır. Qeyd edək ki, Z.Mirzəzadənin özünün və 3 övladından test nətic...
Cəmiyyət
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb. BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib: "Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir...
Cəmiyyət
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək. BakuCity.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi...
Cəmiyyət
Maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. BakuCity.az bu məqamda maska taxılması tələb edilən məkanların siyahısını təqdim edir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sər...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Pirverdiyev Elgün Elşən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin kəsilmiş yarası diaqnozu qoyulub. (report) BakuCity.az
Cəmiyyət
Bu gündən polis maska taxmayan vətəndaşları inzibati qaydada cərimələyəcək. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. BakuCity.az xəbər verir ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşı...
Cəmiyyət
Bakıda ekspres xətt avtobuslarının fəaliyyəti dayandırılacaq. Xüsusi karantin rejiminin gücləndirilməsi və "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspres marşrut üzrə sərnişin daşımaları iyunun 4-dən dayandırılacaq.  Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.  Bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşı...