Bakıda kreditə görə kompensasiyalar bu tarixdə veriləcək - AÇIQLAMA

Vətəndaşların aldadılma ehtimalı varmı?

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman 800 mindən çox insanı əhatə edəcək. Vətəndaşlarda kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı bəzi suallar yaranıb. İqtisadçı ekspert Vüqar Bayramov fərmanla əlaqədar yaranan bir sıra suallara aydınlıq gətirib.

Vüqar Bayramovpublika.az saytına açıqlamasında bildirib ki, fFərmana əsasən, vətəndaşlara kompensasiyanın verilməsi ilə bağlı mexanizmin hazırlanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına 15 gün vaxt verilib: "45 gün ərzində Palata kompensasiya alacaq şəxslərin siyahısını, eyni zamanda məbləğləri hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirlik həmin siyahını təsdiq etdikdən sonra vətəndaşlara kompensasiyanın ödənilməsi prosesinə başlanılacaq. Yəni ödənişlər aprel ayının ikinci yarısından mayın 28-dək davam edəcək".

"Vətəndaş özü banka müraciət etməlidir, yoxsa banklar onlara məlumat verməlidir?" , - sualına cavabında ekspert bildirib ki, kommersiya bankları özləri vətəndaşlarla əlaqə saxlayıb, onları kompensasiyanın verilməsi ilə bağlı banka dəvət edəcək, əgər vətəndaşın kompensasiya almaq hüququ varsa, kommersiya bankı tərəfindən onunla əlaqə saxlanılmayıbsa, o zaman vətəndaş özü bankla əlaqə saxlaya bilər.

 Vüqar Bayramovun açıqlamasında həmçinin bu fikirlər yer alıb:

"Əgər kompensasiyalar ödənildiyi vaxtda vətəndaş ölkədə olmazsa, bu zaman ödənişə fərdi müraciət kimi yanaşıla bilər. Həmin şəxs başqa birinə vəkalətnamə verə bilər. Bu zaman vətəndaşa ödənilməli olan vəsaiti vəkalət verilmiş şəxs ala biləcək. Lakin proses ödənişlərin həyata keçirilməsinə başlandığı vaxtda bank vətəndaşın mövcud əlaqə vasitələri ilə əlaqə saxlaya bilməzsə, bu zaman ona ödəniş edilməyəcək. Həmin dövrdə Azərbaycanda olmayacaq şəxslər vəkalətnamə verib, əlaqə nömrələrini düzgün göstərməklə hüquqlarından yararlana biləcək. Çünki burada əsas məsələ əlaqə vəsaitələrinin doğru olmasıdır.

Öncəliklə qeyd edim ki, proses elektronlaşacaq. Vətəndaşların aldadılma faizi minimumdur. Maliyyə Bazarına Nəzarət Palatasının saytında vətəndaşlar üçün onlara ödəniləcək məbləği doğru hesablamaq üçün kalkulyator yerləşdirilib. Vətəndaş banka getmədən ona ödəniləcək vəsaiti hesablaya bilər, bununla da aldadılma ehtimalı aradan qalxar. Lakin bununla yanaşı bildirməliyəm ki, Maliyyə Bazarına Nəzarət Palatası fərmanın icrası ilə bağlı aktivdir. Hətta bazar günü palata əməkdaşları kalkulyator üzərində işləyib. Palatanın mövqeyi və prosesə yaxınlaşması müsbət haldır. Bu qurum prosesdə nəzarətçi olduğuna görə bankların vətəndaşları aldatmağa cəhd göstərməyəcəyi güman edilir. Bütün bunlarla yanaşı vətəndaş əvvəldən onlara ödəniləcək məbləğlə bağlı məlumatlı olmalıdır" 

Bakucity.az

Dollar krediti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
284 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Gömrük işçiləri xüsusi əməliyyat keçiriblər Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) Bakucity.az-a verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənəd...
Cəmiyyət
Mehdi Səlimov təqaüdə göndərilib Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub.  Bakucity.az-ın xəbərinə görə, bu barədə Demokrat.az-ın saytı məlumat yayıb. Qeyd edilir ki, Mehdi Səlimov təqaüdə göndərilib.  Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon...
Cəmiyyət
Qayda pozan piyadalara qarşı reyd keçirilib Bakıda qayda pozan piyadalara qarşı yol polisi profilaktik tədbir keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakucity.az-a məlumat verilib. Məlumata əsasən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktik tədbirlər həyata keçirib. Tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifl...
Cəmiyyət
Əməliyyat neçəyə başa gəlir? Rinoplastika Azərbaycanda ən çox müraciət edilən əməliyyat növüdür. Son zamanlar rinoplastikadan ölənlər barədə xəbərlər də tez-tez yayılır. Burunun estetik əməliyyatı daha çox hansı hallarda ölümlə nəticələnir? Pasiyent hansı müayinələrdən sonra əməliyyat olunur?  Bakucity.az-ın bu və digər suallarını “Baku Medical Plaza”nın plastik, estetik və rekonstruktiv cərrahı Rauf Kərimov cavablandırıb.  “30 min insandan birinin ölməsi...
Cəmiyyət
“DYP həmin yerdə “mini London” yaradıb” Bakıda sürücülər Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yerləşən körpünün yanında asfalt yola boya ilə çəkilmiş dairəvi yoldan narazıdırlar. Bakucity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, gecə saatlarında və ya yağışlı hava şəraitində tamamilə gözdən itən dairəvi yol sürücülər üçün qəza şəraiti yaradır. YPX əməkdaşlarının belə məhəl qoymadığı həmin dairəvi yolun nə üçün adəti şəkildə q...
Cəmiyyət
Sabaha gözlənilən hava proqnozu açıqlanıb Sentyabrın 21-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 18-20, günün birinci yarısında 21-25 dərəcə isti, axşam 17 dərəcəyə yaxın isti təşkil edəcək.  Atmosfer təzyiqi 755...
Hadisələr
Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib Bakıda taksi sürücüsü ilə yol polisi əməkdaşı arasında dava baş verib. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Avtosfer.az saytı yayıb. Bildirilir ki, hadisə Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb.  Yol polisləri ona sağa hə...
Hadisələr
Sürücü işıqforun qırımızı işığına məhəl qoymayıb. Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, qırmızı işıqda yolayrıcına daxil olan “VAZ” markalı avtomobil sürətlə “Mercedes”ə çırpılıb.  Zərbənin gücündən “Mercedes” onunla paralel hərəkət edən avtomobilə dəyib. Qəzadan sonra qırmızı işıqda keçən maşının sürücüsü isə avtomobildən çıxmaqda çətinlik çəkib. Həmçinin oxu: Bakıda avtomo...
Cəmiyyət
“100 yaşımı da burada qeyd edəcəyəm” Bakıda restoranların birində endirim kampaniyası zamanı maraqlı hadisə baş verib. Bakucity.az xəbər verir ki, 91 yaşlı qadın “Papa John`s” restoranlar şəbəkəsində “Yaşın qədər % endirim – Ad günündə bizimlə ol” adlı kampaniyadan yararlanıb. 1928-ci il təvəllüdlü Fəxrəndə Sadıqova sentyabrın 19-da doğum günündə restorana gəlib və 91% endirim alıb. F.Sadıqovanın bu yaşda restorana gəlib kampaniyadan istifadə etməsi digər...