“YARAT” Bakıda “Bu sevgidir” filmini göstərəcək

“YARAT” Bakıda “Bu sevgidir” filmini göstərəcək, Javid

Film 65 illik ailə cütlüyün böyük məhəbbətindən bəhs edir.

Bakucity.az xəbər verir ki, martın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Bu sevgidir” adlı filmi nümayiş ediləcək.

Ssenari müəllifi və rejissoru filosof və konseptual rəssam Teymur Daimi olan filmin əsas mövzusu sevgi və ölümdür.

Yarım saatlıq sənədli film 65 illik ailə cütlüyün böyük məhəbbətindən bəhs edir. Onların münasibəti XX əsrin ortalarından bu günlərə qədər dəyişən Bakının fonunda yaşanır.

Ekran əsəri qısametrajlı sənədli film olsa da, mövzunun incə və həssas açıqlanması, fərdi müəllif ifadəsini vurğulayan çoxşaxəli rejissor fəndləri bu əsəri bədii filmə çevirir.

Ekran əsəri bir sıra nüfuzlu beynəlxalq kino festivallarında uğurla iştirak edib.

Bakucity.az

“YARAT”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər