Bakıda boşanma halları niyə kəskin artıb? - ARAŞDIRMA

İnsanlar evlənərkən daha çox sosial statusa üstünlük verməyə başlayıblar 

Azərbaycanda qeydə alınan boşanmaların rəsmi statistikası hər 3 aydan bir açıqlandığına görə, bu ilin göstəriciləri hələlik məlum deyil. 2018-ci ilin 12 ayı ərzində isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 13,655 boşanma halı qeydə alınıb. Dağılan ailələrin əksəriyyəti paytaxtın payına düşür. Ailələr niyə dağılır? Ənənəvi ailələrin böhran yaşamasına səbəb nədir? Boşanmalarda tərəflərin bir-birini tanımaması, ümumiyyətlə psixoloji faktorlar nə dərəcədə rol oynayır? Bakucity.az növbəti araşdırmasında bu suallara cavab tapmağa çalışıb. Materialı oxucularımıza təqdim edirik.

“Cütlüklərin bir-birini sevməsi onların bir yerdə yaşaya biləcəkləri mənasına gəlmir”

Bakucity.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova boşanma hallarını əsasən tərəflərin bir-birini yaxşı tanımaması ilə əlaqələndirib:

“Boşanmalara müxtəlif xəstəliklər, xüsusilə də qadın və ya kişi sonsuzluğu, məişət zorakılığı, tərəflərdən birinin zərəli vərdişlərə aludə olması, xəyanət kimi hallar səbəb ola bilir. Ən əsas səbəb kimi isə evlənənlərin xarakterlərinin bir-birinə uyğun olmamasını qeyd etmək olar. Bu, ümumi səbəbdir, amma bunun alt qatında tərəflərdə ailə anlayışının zəifliyi, ailə həyatına hazır olmamaları, məsuliyyətsizlik, gözləntilərin özünü doğrultmaması kimi detallar dayanır, biz bunu ümumilikdə xarakterlərin uyğunsuzluğu kimi qruplaşdırırıq. 

Boşanmalarda həm ideoloji, həm psixoloji, həm də fiziojoji uyğunsuzluqlar rol oynayır. İnsanların həyata baxışı, ideyaları heç olmasa bir-birinə yaxın olmalıdır, bu ideoloji uyğunluqdur. İkincisi isə psixoloji uyğunluqdur – burada tərəflərin psixoloji nöqteyi-nəzərdən əhvalları, tempramentləri, xarakterləri bir-birinə yaxın olmalıdır. Sonuncusu isə əlbəttə ki, fizioloji uyğunluqdur. Uyğunluqlar ailənin təməlini formalaşdırır, onlardan birinin olmaması isə ailədə davamlı münaqişələrə səbəb olur. Bir çox hallarda bu konfliktlərin dərinləşməsi insanlarda dözümsüzlük yaradır və ailələr dağılır”.

Aynur xanımın fikrincə, cütlüklərin bir-birini sevməsi onların bir yerdə yaşaya biləcəkləri mənasına gəlmir. Birgə yaşayış qarşılıqlı anlaşma, güzəşt və hörmət tələb edir:  

“Belə hallar olur. Cütlüklər tanış olarkən, qadın təhsil alırdı, işləyirdi. Amma ailə qurulduqdan sonra, kişi qadının qarşısına şərtlər qoymağa, onun təhsilinə də, işinə də əngəllər törətməyə başlayır. Beləliklə, münaqişə yaranır. Amma bu qəbildən olan kişilər özlərini qadınların yerində qoysalar, məhrumiyyətlərin hansı problemlərə yol açdığını görə bilsələr, problemlər də azalar”.

Aynur Veysəlova açıqlamasında həmçinin ənənəvi Azərbaycan ailəsində qadına, böyüyə hörmət, kiçiyə isə rəğbətin olduğunu, bu fenomeninin təbliğ olunmamasının və belə ailələrin gənclərə rol model kimi göstərilməməsinin də böyük problemlərə yol açdığını deyib. O, qeyd edib ki, indi televiziyalar boşanmış, problemli, münaqişəli ailələrdə olan konfliktləri, qeyri-sağlam münasibətləri insanların şüuraltına yeridərək, boşanma proseslərini daha da sürətləndirirlər”. 

Psixoloq: “Evlənərkən insanlar daha çox sosial statuslara üstünlük verirlər”

Boşanma hallarının artmasında psixoloji faktorların nə dərəcədə rol oynadığını öyrənmək üçün psixoloq Lümunət Əmrahlı ilə də söhbətləşdik. Mütəxəssis açıqlamasında ailələrin dağılmasına ilk növbədə sosial-psixoloji amillərin, daha sonra ictimai-siyasi vəziyyətin və hüquqi məsələlərin rol oynadığını qeyd etdi:

“Müasir dövrdə tərəflərin bir-birini tanıma ehtimalı və imkanları daha genişdir. Buna valideynlər də etiraz etmirlər. Sevərək ailə qurmaq mühüm məsələdir, amma bu amil indi arxa plana keçib. İnsanlar daha çox sosial statusa üstünlük verirlər. Tərəflərin bu məqamlarda bir-birindən nələrisə gizləməsi evliliklərin müəyyən yalanlar üzərində qurulmasına səbəb olur ki, bu da sonradan həmin ailələrin dağılması ilə nəticələnir”.

Psixoloq gənc ailələrin dağılmasının yaşlı nəsil üçün də böyük çətinliklər yaratdığını deyib və qeyd edib ki, boşanmalardan sonra qızlar əksər hallarda ata evinə qayıdırlar və buna görə də ailələrdə müxtəlif problemlər yaranır, əksər hallarda bacı-qardaş, ata-ana arasında münaqişələrə səbəb olur.  

Ekspert ailələrin dağılmasının qarşısını almaq üçün genişmiqyaslı psixoloji dəstək proqramlarının orta məktəbdən etibarən həyata keçirilməsini məsləhət bilir:

“Əslində, ailələrin möhkəmliyinin təməli hələ məktəb illərində qoyulmalıdır. Yeniyetmələr yuxarı siniflərdə heç olmasa həyat bilgisi və başqa fənnlərin tədrisi yolu ilə ailə həyatına hazırlanmalıdırlar. Çünki bəzən qızlar hətta 14-15 yaşdan ərə verilir, oğlanlarda isə 18-20 yaş aralarında evlilik hallarının sayı gündən-günə artmaqdadır. Bu səbəbdən orta məktəb təhsilində ailə həyatına hazırlıq, ailə münasibətləri haqda fənnlərin tədrisi mümkün olmasa belə, mövzuların işlənməsi əhəmiyyətlidir. Digər tərəfdən, ümumiyyətlə, hüquqi nikahla məşğul olan idarələrin özlərində də ailələrlə bağlı xüsusi proqramlar olmalıdır. Əgər qan analizi layihəsi kimi qarşılıqlı psixoloji anlaşma, bir-birini tanıma kimi xüsusi layihələr həyata keçirilsəydi, bu, əlbəttə ailələrin möhkəm olmasına səbəb ola bilərdi. Yəni bu halda gənclər birgə layihələrdə iştirak etməklə bir-birini daha yaxından tanıyardılar, bir-birlərinin müsbət və mənfi keyfiyyətlərini görər və bu keyfiyyətlərlə də birgə yaşayış qaydalarına alışardılar”. 

Araşdırmamızdan çıxan nəticə bu oldu ki, evlilikdən öncə ciddi düşünməmək, erkən nikah, maddi vəziyyət və s. kimi halları nəzərə almamaq, ailə münaqişələrinə və boşanma hallarına gətirib çıxara bilər. Tərəflərin bir-birini yaxşı tanımaması, arada olan fərq və sevgisizlik ailənin dağılmasında əsas səbəblərdir. Ailə həyatına qədəm qoyan insanlar gələcəklərini sığortalamaq istəyirlərsə, həm özlərini, həm də tərəf müqabillərini yaxşı tanımalıdırlar, heç olmasa bunun üçün çalışmalıdırlar. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

boşanma halları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənilərin dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluqdan məlumat verilib. Verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu mü...
Cəmiyyət
Ermənilər növbəti təxribatlarına əl atıblar. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında v...
Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...