Bakıda Cəfər Cabbarlının ev muzeyi söküləcəkmi? – ARAŞDIRMA

Söküntünün dayandırılması ilə bağlı xəbərlər həqiqəti əks etdirirmi?

Bir müddət əvvəl Bakucity.az oxucularına Azərbaycanın görkəmli ədibi, yazıçı və dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyinin baxımsız vəziyyətdə olması və ev muzeyinin söküləcəyi ilə bağlı silsilə yazılar təqdim etmişdi. Bu yazılar mətbuatda və sosial şəbəkələrdə ciddi rezonans doğurmuş və böyük müzakirələrə səbəb olmuşdu. Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev başda olmaqla, bir çox ictimai xadimlər ev muzeyinin söküntüsü qərarına etirazlarını bildirmişdilər. Saytımız məsələ ilə bağlı yenilikləri oxucularına çatdıracağına dair vəd verdiyindən, mövzunu davam etdiririk, çünki konkret nəticə hasil olmayıb. 

Muzeyin söküntüsü ilə bağlı ziddiyətli açıqlamalar

Dünən mətbuatda İsmayıl bəy Qutqaşınlı 44 ünvanında yerləşən və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olan ev muzeyinin söküntüsünün dayandırıldığı barədə xəbər yer alıb. Bu barədə Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsindən məlumat verildiyi bildirilib. 

Məsələni müəyyənləşdirmək üçün ev muzeyinə yollanan saytımızın əməkdaşı evin kənarına vurulmuş dəmir sütunların həqiqətən çıxarıldığını, ev muzeyinin qarşısındakı və arxasındakı taxta hasarların isə yerində olduğunu müəyyənləşdirib. Bəs söküntünün dayandırılması ilə bağlı xəbər həqiqətdirmi? 

Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb bu xəbərin həqiqət olub olmadığını müəyyənləşdirməyə çalışdıq. Komitədən bizə bildirdilər ki, məsələ barəsində yekdil açıqlamanı hələlik verə bilməzlər, bir neçə gündən sonra mətbuata ətraflı məlumat veriləcək. 

Mədəniyyət Baş İdarəsindən təkzib açıqlaması

Məsələ ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə də əlaqə saxladıq. İdarədən bizə bildirdilər ki, Baş İdarənin rəisi Cəmil Məlikov söküntünün dayandırılması ilə bağlı heç bir mətbu orqana açıqlama verməyib:  

“Muzey Cəfər Cabbarlının ailəsinin şəxsi mülkiyyətindədir və hal-hazırda aqibəti bizim üçün də sualdır. Bütün suallarınızı cavablandıra bilməmiz üçün bizə bir neçə gün möhlət lazımdır”. 

Muzeyin yerində çoxmərtəbəli binanın tikiləcəyi də təkzib edildi

Cəfər Cabbarlının ev muzeyinin baxımsız vəziyyətdə olması ilə bağlı yayımlanan araşdırmamızdan sonra muzeyin söküləcəyi, yerində isə hündürmərtəbəli binanın tikiləcəyi ilə bağlı açıqlamanı 4 fevral 2019-cu il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarənin rəisi Cəlil Məlikov verib.

Açıqlamada bu fikirlər yer alıb: “Hələ 1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan görkəmli ədibin ev muzeyinə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib. 2012-ci ildə isə C.Cabbalının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub.

Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib”.

Bu xəbərin mətbuatda kifayət qədər səs salmasına baxmayaraq, bir müddət sonra  muzeyin üzərindəki lövhə çıxarıldı və söküntü işlərinə başlanılması üçün tikili hasarlandı. Bu məqam da bakucity.az tərəfindən işıqlandırıldı və böyük müzakirələrə səbəb oldu. 

Hadisə böyüyəndən sonra Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı muzeyin sökülərək yerində bina tikiləcəyi ilə bağlı fikirləri təkzib etdi və bunu kimlərinsə uydurması adlandırdı

Cavabını gözləyən suallar 

Cəfər Cabbarlının ev muzeyinin sökülməsi və yerində çoxmərtəbəli binanın tikilməsinə dair suallar doğuran bir çox məqamlar var. 

  • Maraqlıdır, nəyə görə Mədəniyyət nazirliyinin tabeliyində olan Cəfər Cabbarlının ev muzeyi illər öncə özəlləşdiriləndə, bundan nazirlik başda olmaqla, heç bir aidiyyatı orqanın xəbəri olmayıb? 
  • Bu il Azərbaycanda Cəfər Cabbarlının 120 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Hətta bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Görkəmli ədibin yubileyinin ən yüksək səviyyədə keçiriləcəyi bir dövrdə ev muzeyinin sökülməsi qərarı nə dərəcədə məntiqlidir?
  • Bir rəsmi qurum ev muzeyinin yerində hündürmərtəbəli binanın tikiləcəyi ilə bağlı açıqlama verdiyi halda, nəyə görə ev muzeyinin direktoru bunu uydurma adlandırır?
  • Nəyə görə, sürüşmə zonası sayılan və ətrafında sakinlərin istirahəti üçün nəzərdə tutulan parkın yerləşdiyi məkanda çoxmərtəbəli binanın tikilməsi qərarı verilib?

Gördüyünüz kimi məsələ barəsində ziddiyətli məqamlar çoxdur. Fikrini öyrənməyə çalışdığımız qurumlardan bizə bildirdilər ki, ictimaiyyətə ətraflı məlumat bir neçə gündən sonra veriləcək. Ümidvarıq ki, bütün bu taleyüklü sualların cavabları bir neçə gündən sonra ətraflı şəkildə cavablandırılacaq və ictimaiyyətin müzakirəsinə təqdim ediləcək. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

Cəfər Cabbarlının ev muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az