Bakıda yeni təhlükəli sürüşmə zonaları aşkarlandı

Bakıda yeni təhlükəli sürüşmə zonaları aşkarlandı, Javid

Paytaxtda yeni təhlükəli sürüşmə zonaları aşkarlanıb.

Bakucity.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən kompleks seysmogeoloji tədqiqatlar əsasında Bayıl yamacında iki yeni potensial təhlükəli sürüşmə zonası aşkarlanıb, sürüşmə kütləsinin parametrləri və sürüşmə prosesinin riski müəyyən edilib. 

Böyük Bakı ərazisində qruntların mühəndis-seysmoloji, tektonik, geoloji-litoloji, geomorfoloji, hidrogeoloji və fiziki-mexaniki parametrlərinin məlumat informasiya bankı yaradılıb. Məlumat bankı Böyük Bakı ərazisinin seysmomikrorayonlaşdırılması, seysmik dayanaqlı tikinti və Fövqəladə Hallar Nazirliyinin xətti ilə fövqəladə hallarda mühafizə tədbirləri zamanı praktik əhəmiyyət daşıyır.

Bakucity.az

sürüşmə zonaları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər