Bakıda dünyaca məşhur rəssamın fərdi sərgisi açılacaq

Bakıda dünyaca məşhur rəssamın fərdi sərgisi açılacaq

Portuqaliyalı rəssam Vasco Araujonun sərgisi açılır

Sevgi və kədər... bu iki hiss arasında ortaq olan çox şey var: onlar gözlənilməz, nəzarətsiz olmaqla, bizim varlığımızın əsl mahiyyətini üzə çıxarır.

Bakucity.az xəbər verir ki, martın 10-da Bakıda açılacaq portuqaliyalı rəssam Vasco Araujonun “Liebestod. Sevgi və Ölüm” adlı sərgisinin mövzusu belədir.

“Goethe-Zentrum Baku”nun təşkilatçılığı ilə açılacaq sərgi “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində reallaşacaq.

Kuratoru Əsli Səmədova olan sərgi aprelin 4-dək ziyarətçilər üçün açıq qalacaq. (AzərTac)

Bakucity.az

Vasco Araujon
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər