Bakının iki teatrına “akademik” statusu verildi

Bakının iki teatrına “akademik” statusu verildi, Javid

Prezident müvafiq sərəncam imzaladı

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb.

Bundan başqa, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bakucity.az

Prezident sərəncam
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər