Bakıda “Qız Qalası” filminin çəkilişlərinə start verildi

Filmin xarici ölkələrdə də təbliği nəzərdə tutulur

Bakucity.az xəbər verir ki, bədii filmlərin ölkələrin tarix və mədəniyyətini tanıtmaq baxımdan əhəmiyyətli rolunu, onların geniş tamaşaçı kütləsinə xitab etməsini nəzərə alan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın  incisi olan İçərişəhəri və qədim tarixi məkan olan Qala kəndini tam metrajlı bədii film vasitəsi ilə təbliğ etmək qərarına gəlib. Bununla bağlı olaraq 2018-ci ilin yay aylarından etibarən “Kintamani” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkəmizin məşhur və istedadlı aktyor heyətinin iştirakı ilə “Qız Qalası” bədii filminin çəkilişlərinə start verilib. Rollarda Elməddin Cəfərov, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Ziya Ağa, Tural Əzizov və həmçinin İran İslam Respublikasının aktyoru Reza Naji çəkiliblər. 

Çəkiliş meydançası olaraq İçərişəhərin abidələr və küçələri və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi diqqət mərkəzində olub. Filmin məhz Qız Qalası adlanmasının səbəbi isə sözsüz ki, bu tarixi abidənin sadəcə paytaxtımızın deyil, ölkəmizin simvolu olmaqla bərabər dünya səviyyəsində tanınması, eyni zamanda bu abidənin adının tarix boyu qəhrəmanlıq və sevgi dastanları ilə birgə çəkilməsidir.

Filmin ssenarisi isə həm qəhrəmanlıq, həm sevgi, eyni zamanda qədim dövrlə müasirliyin çalarlarını özündə ehtiva edir. Beləki, filmdə cərəyan edən hadisələrin mərkəzində bir-birini sevən, lakin qovuşa bilməyən iki gənc – Tuncay və Aytəkinin sonsuz məhəbbəti durur. Onların hicranına səbəb isə Aytəkinin şah qızı, Tuncayın sadə bir həkkak olmasıdır. Bu məsələ ilə paralel olan digər bir olay Tuncayın bir şamanı özünə şagird götürməsidir. Məhz hadisələr də bundan sonra baş verir. Tuncay möcüzə nəticəsində min il sonraya – müasir Bakıya varid olur və gedişat nəticəsində sevdiyi qızı da, onun atasını da tapmağa müvəffəq olur. Bəs bu 1000 il ərzində Bakıda nələr dəyişilib? Qəhrəmanımız ona tamamilə yad olan şəraitdə, zamanın burulğanında sevdiyi xanıma qovuşa biləcəkmi?

Əziz, kinosevərlər bütün bu sualların cavabını tapmaq üçün sizi 7 mart tarixindən etibarən kinoteatrlara dəvət edirik! Gəlin və qəhrəmanlarımız ilə birlikdə siz də zamana səyahət edin!

Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənəsinin daha geniş tamaşaçı kütləsinə tanıdılması məqsədilə filmin xarici ölkələrdə də təbliği nəzərdə tutulur.

Bakucity.az

“Qız Qalası” filmi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Analitika
Keyfiyyət və rəng seçimi çox önəmldir. Mebel almaq sadəcə xərcli deyil, həm də mürəkkəb işdir, xüsusilə də uşaq mebelinin seçimində. Bu zaman keyfiyyət, praktiklik və çoxfunkusiyalılıq kimi xüsusi yanaşma tələb olunur.  Bakucity.az mağazalarda təklif olunan uşaq mebellərini seçərkən nələrə üstünlük verilməsini araşdırıb.  Hansı rənglərə üstünlük verək? Əvvəlcə uşaq otağının tərtibatında materialların seçimi və interyerin bəzi tendensiyalarını araşdırmağı q...
Cəmiyyət
Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı. Bakucity.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən “Bakı” kinoteatrı hazırda daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb. Bunu da oxu: Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək Kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır. 450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar yerin...
Cəmiyyət
Tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb. Bakucity.az  xəbər verir ki, bəzi ali məktəblərin əsas korpuslarında dərslərin dayandırılması “Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə bağlıdır. Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir. Bunu da oxu: Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək Adıçəkilən universitetlərin əsas korpusları “Formula-1” yarışının keçirildiyi əraziyə düşür. Universit...
Mədəniyyət
Tədbir Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq. Bakucity.az xəbər verir ki, konsert proqramı və musiqili atəşfəşanlıq ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyinə həsr edilib.  Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək. Konsertin sonunda Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərini...
İdman
Dünya Kubokuna bu gün start veriləcək. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışa 39 ölkədən 200-dən çox idmançı qatılıb. Turnir üç gün davam edəcək və 25 qrup komandası və 70-dən çox fərdi gimnast yarışacaq. Yarışların ilk 2 günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici mərhələdə qaliblər müəyyən...
Hadisələr
Sabunçu rayonunda 15 yaşlı qızdan 1 həftədir xəbər yoxdur. Bakucity.az xəbər verir ki, sözügedən şəxs Ramana qəsəbəsində yaşayan, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızıdır. O, aprelin 18-i yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bunu da oxu: Bakıda baş verən dəhşətli yol qəzaları - VİDEO Sabunçu RPİ-nin əməkdaşları tərəfindən axtarış aparılır. (Ona.az) Bakucity.az
İdman
“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günüdür. Bakucity.az xəbər verir ki, uzunluğu altı kilometrdən bir qədər çox olan Bakı trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.  Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bunu da oxu: “Formula-1” zamanı tamaşaçıları nələr gözləyir? Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri...
Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...