Martın 8-də Bakıda hava necə olacaq?

Martın 8-də Bakıda hava necə olacaq?

“Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq”.

Bakucity.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. 

Onun sözlərinə görə, arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. 

Bakucity.az

Hava xəbəri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər