Əfsanəvi müğənni Bakıda konsert verəcək

Əfsanəvi müğənni Bakıda konsert verəcək

Əfsanəvi Tomas Anders ötən illərin məşhur hitlərini səsləndirəcək.

Bakucity.az xəbər verir ki,  dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Anders mayın 7-də Heydər Əliyev Mərkəzində konsert verəcək. 

"Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

40, 50, 60, 80, 100, 120, 150 və 200 manata satılacaq biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək mümkündür. 

Bakucity.az

Tomas Anders
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər