Cəfər Cabbarlının nəvəsi Bakıdakı ev muzeyinin sökülməsinə münasibət bildirdi

C.Cabbarlının nəvəsi Bəhlul Abbasov mətbuata açıqlama verib

Bir müddət əvvəl Bakucity.az-ın Cəfər Cabbarlının ev muzeyinin baxımsız vəziyyətdə olması və evin söküləcəyi ilə bağlı silsilə materiallarından sonra, xəbər ictimaiyyət arasında geniş rezonans doğurub. Sosial şəbəkələrdə bir çox istifadəçilər məsələyə aydınlıq gətirilməsini tələb ediblər, Çingiz Abdullayev və Vahid Mustafayev kimi ictimai xadimlər ev muzeyinin söküləcəyi məsələsinə etiraz ediblər. Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev də məsələyə münasibət bildirib. 

Nəhayət, C.Cabbarlının nəvəsi Bəhlul Abbasov da mətbuata açıqlama verib. O, bildirib ki, məsələnin mahiyyətinə varmadan muzeyin sökülməsi ilə bağlı yanlış informasiya yayılıb. B. Abbasovun sözlərinə görə, muzeyin sağında, solunda 17 mərtəbəli binalar ucaldılıb və muzey ciddi zərər görüb: “Evdə mənim anam yaşayırdı, 1 il əvvəl vəfat edib. Həmin ərazi özəldir, anamın adınadır, şəxsi mülkiyyətdir. Orada 11-12 sot torpaq var. Bir hissəsində bacımgil yaşayır, digər hissəsi muzeydir. 

Biz orda göydələn tikmək istəmirik. Uşaqlarımız, yaşayış üçün bir-iki mərtəbəli ev tikmək istəyirik. Bu xəbər yayılandan sonra hər kəs bizi tənqid etməyə başladı. Muzeyin bir metrliyində olan şirkətlərə bina tikməyə icazə verdilər, bizə isə yox. Muzey köhnəlib, bərbad vəziyyətə düşüb və təmir edən də yoxdur. Divarlar elə çatlayıb ki, içəridən baxanda çöl görünür”.

Ərazinin satılması haqda xəbərləri təkzib edən B.Abbasov bildirib ki, tikintini Cabbarlı ailəsi aparmaq istəyir: “Deməli ərazidə bina tikmək hər kəsə olar, bizə yox. Rəhmətlik anam dəfələrlə müraciət etmişdi ki, muzey çökür, heç reaksiya verən olmadı. Amma bu xəbər yayılandan sonra hər kəs bizi naxələf övlad çıxartdı”. 

B.Abbasov bildirib ki, etdikləri heç bir müraciət aidiyyatı ünvanına çatmayıb: “Gəlib baxan yox idi ki, muzey nə gündədir. İndi biz addım atanda isə qınaq obyektinə çevrilmişik. Deyirlər ki, guya muzey söküləcək üstündə 17 mərtəbəli bina tikiləcək, altında da muzey olacaq. Belə bir şey yoxdur, bizdən heç nə soruşulmur. Biz həyətimizdə ev tikmək istəyirik, amma heç nə soruşmadan hamı bizi günahkar çıxarır. Heç kimin heç nədən xəbəri yoxdur, üstümüzə düşüblər. İllərlə o muzeydən heç xəbərləri olmayıb, oranı biz qorumuşuq. Bizim də övladlarımız var. Heç kimə ağız açmırıq. Cəfərin ailəsi səsini çıxarmır deyə, heç bir tədbir görülməməlidir? Amma indi hay-küyə başlayıblar. 

Tutaq ki, muzey şəxsi mülkdədir, bəs o heykələ niyə baxan yoxdur? Hər tərəfini dayanacaq ediblər. O ki şəxsi deyil. Ətrafında hər yer işıqlandırılıb, o heykəl üçün iki projektor yoxdur qoymağa? Rayonun başçısı hara baxır? Artıq həmin muzeyi təmir etsən də, işə yaramır, dağılacaq. Mütəxəssislər də baxıb və bildiriblər ki, muzey sökülməlidir. Biz heç bir səhv iş görməmişik. Əslində, bu yayılan informasiya doğru da deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də xəbər verib ki, orada bina tikilməsi ilə bağlı bizə müraciət daxil olmayıb”. (“Yeni Sabah”)

Bakucity.az

Bəhlul Abbasov Cəfər Cabbarlının ev muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 6 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.    Abşe...
Kriminal
Bakıda sərt karantin rejiminin pozulması ilə müşayiət olunan ad günü şənliyi keçirilib. Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejiminin qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət  olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.   BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlu...
Biznes
Balaxanı qəsəbəsi yeni turizm məkanına çevriləcək. BakuCity.az xəbər verir ki, qəsəbəninin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" birgə əməkdaşlıq edəcək. Artıq işlərə start verilib. Paytaxtın qədim qəsəbəsi Balaxanı - yeni turizm məkanına çevriləcək. Hazırda qəsəbənin turizm imkanları araşdırılır və abadlıq işləri görülür,...
Cəmiyyət
“Qarabağ: Rusiyadan baxış”.  Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. BakuCity.az xəbər verir ki, bu barədə Kuznetsovun özü bildirib. “İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, – deyə tarixçi qeyd edi...
Cəmiyyət
8103 icazə sistemi ilə bağlı yeni qərar qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Ba...
Cəmiyyət
Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb. Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənmiş 43 konteynerdən ibarət blok qatarı bu gün qonşu ölkənin paytaxtı Ankaraya çatıb. Bu barədə BakuCity.az "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) istinadən xəbər verir. Xatırladaq ki, sözügedən qatar iyunun 30-da, 6 saat ərzində Bakı Limanında aşırılıb. Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib...
Ekologiya
Bakıda 5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil ed...
Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən növbəti obyekt aşkarlanıb. Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BakuCity...
Kriminal
Qanunsuz yollarla Bakıdan Qəbələyə istirahətə gedən şəxslər məsuliyyətə cəlb olunublar. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər  rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata gör...