AFFA Bakı klubunu futbolçularının cəzalarına görə cərimələdi

AFFA Bakı klubunu futbolçularının cəzalarına görə cərimələdi

Cəriməyə futbolçuların davranışları səbəb olub.

Bakucity.az xəbər verir ki, cəriməyə "Sabah" komandası ilə Azərbaycan Premyer Liqasının XIX tur matçı zamanı flaqmanın futbolçularının davranışları səbəb olub.

"Ağ-qaralar" 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüblər. Daha 200 manat cərimə isə Məhəmməd Mirzəbəyovun 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması üzündən kəsilib. Futbolçunun özü isə martın 10-da "Neftçi"nin səfərdə "Sumqayıt"la keçirəcəyi oyunda iştirak etməyəcək. 

"Neftçi" "Sabah"la görüşdə 3:0 hesabı ilə qalib gəlib. 

Bakucity.az

"Neftçi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər