BDU 100 illik yubileylə bağlı müsabiqə elan etdi

BDU 100 illik yubileylə bağlı müsabiqə elan etdi

Əsərlərin məzmunu universitet həyatını əks etdirməlidir.

Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi münasibətilə rəsm müsabiqəsi keçiriləcək.

Universitetin Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər.

Rəsm əsərlərinin məzmunu universitet həyatını əks etdirməlidir.

Rəsm əsərləri 30 iyun 2019-cu il tarixinədək BDU Həmkarlar İttifaqı Komitəsinə təqdim edilməlidir.

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcəkdir.

Bakucity.az

Müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər