Bakıda daha bir “Abad həyət” istifadəyə verildi

Bakıda daha bir “Abad həyət” istifadəyə verildi

Bu layihə çərçivəsində abadlaşdırılan 17-ci həyətdir.

Bakucity.az xəbər verir ki, martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Xətai rayonunda növbəti abadlaşdırma işi aparılıb.

Yenilənmiş həyət Xətai rayonunun Zığ yolu, 9 ünvanında 1200 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Ərazidə mini-futbol, voleybol və basketbol meydançaları, 6 idman qurğusu, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş uşaq əyləncə mərkəzi, o cümlədən 19 oturacaq quraşdırılıb, həmçinin fəvvarə tikilib, “Şəhidlər kompleksi” isə bərpa edilib.

Binaların fasadları və giriş hissələri də tam təmir olunub.

Sahəsi 13 min kvadratmetr olan həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 5 min kvadratmetrdə yaşıllıq zolağı salınıb.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bakucity.az

“Abad həyət”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər